Qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,8 faizi yerli investisiyalıdır
Bakı, 13 dekabr, AZƏRTAC
Cari ilin on bir ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,8 faizi yerli investisiyalı, 23,2 faizi isə xarici investisiyalı qurumlardır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi isə kooperativ və sair formalarda yaradılıb.
Həmçinin sözügedən dövr ərzində fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 22,2 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]