Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qida məhsulu kimi qaraciyərin faydası

Qida məhsulu kimi qaraciyərin faydası

Bakı, 3 iyul, AZƏRTAC

Qaraciyər insanların sağlamlığı üçün faydalı qida növü hesab edilir. İdmançıların qida rasionunda və diyetik qidalanmada xüsusi çəkisi olan qaraciyərdən (heyvan, quş və balıq qaraciyəri) müxtəlif növ qida məhsullarının (konserv, paştet, kolbasa və s.) istehsalında da istifadə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ş. Məmmədova, Ç. Süleymanova, S. Məmmədova, K. Əliyeva və F. Əlizadənin hazırladığı maarifləndirici materialda bəhs olunur.

Heyvan orqanizmində qaraciyər bir sıra həyati əhəmiyyətli funksiyalar (metabolik, depolayıcı, baryer, ekskretor, homeostatik və s.) yerinə yetirir. Baryer funksiyası sayəsində orqanizmə daxil olan toksiki maddələri filtrasiya edərək zərərsizləşdirdiyinə görə qaraciyərin istehlak üçün zərərli olduğu barədə düşünmək olar. Lakin qeyd etmək lazımdır ki, qaraciyər heyvan orqanizminin “kimyəvi laboratoriyası” olmaqla, zərərli maddələrin filtrasiyası onun əsas funksiyalarından biridir. Digər tərəfdən yemlərin tərkibində kimyəvi mənşəli komponentlər çox olduğu və rasion balanslaşdırılmadığı halda qaraciyərdə stromanın destruksiyası ilə nəticələnən pozuntular baş verə bilər. Belə halda qaraciyərin orqanoleptik göstəricilərində dəyişikliklər (bərkimə, qeyri-bərabər rəng çaları və s.) nəzərə çarpır ki, bu da məhsulun istehlak üçün yararsız olmasına dəlalət edir. Ekoloji təmiz mühitdə yetişdirilən heyvanın qaraciyərinin xarici səthi hamar və nazik qabıqla örtülü, strukturu yumşaq və boş konsistensiyalı, rəngi tünd-qəhvəyi çalarlı olmaqla sağlam hesab edilir.

Qida əhəmiyyətinə görə qaraciyər insan sağlamlığı üçün vacib olan bir sıra bioloji aktiv maddələrin xəzinəsidir. Belə ki, cavan heyvanların qaraciyəri zülallar (albuminlər, qlobulinlər, ferroproteidlər, nukleoproteidlər, qlükoproteidlər və s.), yağlar, karbohidratlar (xüsusilə heparin), antioksidantlar (koenzim Q, vitamin E və s.), azotlu ekstraktiv maddələr (kreatin, purin, sidik cövhəri, xolin, metilquanidin və s.), azotsuz ekstraktiv maddələr (qlikogen, süd turşusu, inozit və s.), əvəzolunmaz aminturşuları (lizin, metionin, triptofan, histidin, leysin, izoleysin, valin və s.), vitaminlər (A, D, E, K, B1, B2, B6, B9, B12), biotin, fermentlər (proteaza, lipaza, dezaminaza, esteraza, nükleaza, amilaza, kreatinaza, katalaza, karotinaza və s.), həmçinin makro- və mikroelementlərlə (Fe, Ca, Mg, Na, K, P, Zn, Se, Cu, Y, F, Cl, Cr və s.) zəngin olub, enerji dəyəri 100-150 kkal/100 qr arasında dəyişir.

Qaraciyər zülalların miqdarına görə (17-18 faiz) ətdən geri qalmır. Xüsusilə onun tərkibində qan piqmentinin (hemoqlobin) sintezində fəal iştirak edən ferroproteidlər (ferritin) çox olduğundan anemiyalar zamanı istehlak edilməsi profilaktiki əhəmiyyət kəsb edir. Tərkibində yağların az (2-4 faiz), digər biokimyəvi komponentlərin isə optimal səviyyədə olması qaraciyərin insan orqanizmi tərəfindən asan mənimsənilməsini təmin edir. Qaraciyərin lipidləri doymuş və doymamış ali yağ turşularından ibarətdir və doymuş turşular nisbətən çoxluq təşkil edir. Həmçinin onun tərkibində digər lipid birləşmələrindən xolesterolun miqdarı da çoxdur. Qeyd edək ki, lipid birləşmələrinə daxil olan (karotinoidlər qrupu) və onkoloji xəstəliklərin müalicəsində istifadə edilən qiymətli və təbii bioloji aktiv maddə - skvalen ilk dəfə balıqların (akulaların) qaraciyərindən əldə olunub. Digər heyvanların qaraciyərində də bu birləşməyə az miqdarda rast gəlinir.

Tərkibindəki çeşidli biokimyəvi maddələr kompleksi qaraciyərin qida növü kimi insan sağlamlığı üçün bir sıra faydalı bioloji xüsusiyyətlərə malik olmasını təmin edir:

- tərkibində B12 vitamini və dəmir tərkibli ferritin çox olduğundan qanda hemoqlobinin sintezini gücləndirməklə anemiyaların qarşısının alınmasına müsbət təsir göstərir;

- heparinlə (antikoaqulyant) zəngin olduğuna görə qanın laxtalanma prosesinin tənzimlənməsində, o cümlədən ateroskleroz, trombozlar və digər damar problemlərinin qarşısının alınmasında faydalıdır;

- tərkibində azot əsaslı kreatin çox olduğuna görə orqanizmdə metabolizm proseslərinin sürətlənməsinə və fiziki yorğunluğun aradan qaldırılmasına müsbət təsir edir;

- fol turşusu (vitamin B9), C, D və A vitaminləri ilə zəngin olan qaraciyərin orqanizmdə immun sistemin möhkəmlənməsi, ana bətnində dölün normal inkişafı, osteoporozun profilaktikası və görmənin aktivləşməsində rolu böyükdür (A vitamini treska, putassu və digər balıqların qaraciyərində daha çoxdur);

- tərkibindəki K vitamini (K2 - menaxinon) qanın laxtalanma prosesini stimullaşdırır, həm də sümük toxumasının formalaşması prosesində kalsiumun mənimsənilməsini yaxşılaşdırır;

- koenzim - Q (ubixinon) ilə zəngin olduğuna görə orqanizmdə sərbəst radikalları neytrallaşdırır, E vitamininin antioksidant təsirini gücləndirir və hüceyrələrdə qocalma prosesinin qarşısını alır;

- azkalorili olmaqla yanaşı, malik olduğu mikroelement və vitamin kompleksi qaraciyərin diyetik qida növü kimi piylənmənin qarşısının alınması və artıq çəkinin azaldılmasında rolunu artırır.

Qeyd edək ki, tərkibində ekstraktiv maddələr (xüsusilə kreatin və purinlər) və xolesterol çox olduğundan qaraciyərin yaşlı insanlar tərəfindən çox istehlakı tövsiyə olunmur.

Qaraciyərin baytarlıq-sanitariya ekspertizasına cəlb olunub, müvafiq termiki təsirə məruz qaldıqdan sonra istehlak edilməsi məsləhət görülür. Nəzərə almaq lazımdır ki, bir çox zoonoz xəstəliklər zamanı heyvanın qaraciyərinə nüfuz edən xəstəlik amilləri (bakteriya, virus, helmint və s.) insan sağlamlığı üçün risklər yaradır. Xüsusilə zoonoz helmintozlar (fassiolyoz, exinokokkoz, dikroselioz və s.) zamanı helmintlərin sürfə və ya yetkin formalarının məhz qaraciyərdə lokalizasiya etməsi xəstəliyin insanlara yoluxması üçün təhlükə mənbəyi hesab olunur. Həmçinin təzə qaraciyər qanla zəngin orqan olduğundan mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab edilir. Odur ki, qida təhlükəsizliyi baxımından istehlak məqsədilə bu məhsulun müvafiq temperatur rejimində ( 0 ÷ +4 dərəcə C temperaturda 1 gün, -1 ÷ +1 dərəcə C temperaturda 3 gün, -18 dərəcə C temperaturda 6 ay saxlana bilər) və mal qonşuluğu prinsipinə uyğun olaraq soyuducuda saxlanması tövsiyə edilir. Qeyd etmək lazımdır ki, dondurulmuş qaraciyərin defrostasiyası (təkrar dondurulması) yolverilməzdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb

Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Qubada bilyard turniri keçirilib

Kubada birgünlük matəm elan edilib

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb VİDEO

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Yüksək nəticə göstərən şagird: Uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir ФОТО

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar

Mayın 21-i Beynəlxalq Çay Günüdür

“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarılıb

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqları icra ediblər VİDEO

Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Baş məşqçi: Hidayət Heydərov dünya çempionluğuna layiq idi

Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Hidayət Heydərov: Hələ özümə gəlməmişəm, dünya çempionu olduğuma inana bilmirəm

Bakı Mühəndislik Universiteti Türk Universitetlər Birliyinə üzv olub

“Azərişıq” Şəki və Balakəndə elektrik şəbəkəsini yeniləyir

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

DİN: Ötən gün 4 tüfəng təhvil götürülüb

Rusiya İranda baş vermiş helikopter qəzasının təhqiqatında iştirak etməyə hazırdır

Azərbaycan - Kərkük ədəbi əlaqələri yeni müstəvidə

BMT: Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir - EKSKLÜZİV

Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb

Bu gün Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür

“Ağalı” hoteli bölgədə turizmin inkişafına təkan verəcək

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 4-ü medal qazana bilər

Çexiyada göy öskürəyə 15 minə yaxın yoluxma halı qeydə alınıb

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür