QILINCOYNATMA ÜZRƏ BAKI BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 12-də oğlanlar arasında qılıncoynatma üzrə Bakı birinciliyinə yekun vurulmuşdur. 24 idmançının mübarizə apardığı yarışda “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yetirməsi Namiq Ağarəhimov birinci yer tutmuşdur. Bakı Şəhər Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Murad Əliyev ikinci, onun komanda yoldaşı Vüqar Ağakişiyev isə üçüncü yerə çıxmışdır.
“Neftçi” İdman–Sağlamlıq Mərkəzinin daha bir yetirməsi - Elçin Əliyev də üçüncü nəticə göstərmişdir. Bununla da üç gün davam edən Bakı birinciliyi başa çatmışdır.
Yanvarın 18-də qılıncoynatma üzrə respublika birinciliyi start götürəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]