Qırğızıstan-Tacikistan sərhədində baş verən münaqişə ilə bağlı danışıqlar aparılıb
Bişkek, 19 sentyabr, АZƏRTAC
Sentyabrın 16-da gecə saatlarında Qırğızıstan-Tacikistan sərhədində baş verən münaqişə ilə bağlı hər iki ölkənin sərhəd xidmətləri arasında danışıqlar keçirilib.
AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin rəhbəri Ularbek Şarşeev məlumat verib.
O deyib ki, danışıqlar çox gərgin şəraitdə keçib. Qərara gəldik ki, bütün qüvvələr sentyabrın 14-dəki vəziyyətə qaytarılsın. Münaqişənin baş verdiyi Qırğızıstanın Maksad və Tacikistanın Kalarça kəndlərində hər iki ölkənin sərhədçiləri birgə keşik çəkirlər, əlavə qüvvələr geri çəkilib.
Qeyd olunub ki, münaqişədə hansı tərəfin birinci atəş açması da müəyyənləşməlidir. Belə ki, bu məsələdə tərəflər bir-birini günahlandırır. Münaqişəyə əsas səbəb olan taciklərin neytral zonada apardıqları tikinti işləri dayandırılıb.
Xatırladaq ki, münaqişə nəticəsində Qırğızıstan tərəfindən bir sərhədçi ölüb, 13 nəfər isə xəsarət alıb. Tacikistan tərəfdən isə 3 hərbçi həlak olub, beş nəfər xəsarət alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]