Qırğızıstanda koronavirusa yoluxanların sayı kəskin surətdə artıb
Bişkek, 7 oktyabr, AZƏRTAC
Son günlər Qırğızıstanda COVID-19-a yoluxanların sayı artmaqda davam edir. Dünən yoluxma halı 164 olmuşdursa, bu gün bu rəqəm 298-ə çatıb. Son məlumata görə virusa yoluxanların ümumi sayı 48 min 97 nəfərə çatıb.
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə son 24 saat ərzində COVID-19-dan 154 xəstə sağalıb və bu göstərici 43 min 798 nəfər təşkil edib.
Bildirilib ki, xəstəxanalarda 1325, ev şəraitində 1450 pasiyent müalicə edilir.
Son sutkada virusa 18, pandemiya dövründə isə 3 min 354 tibb işçisi koronavirusa yoluxub.
Son gün ərzində 3 xəstə dünyasını dəyişib, ölənlərin sayı 1069 nəfərə çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]