Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğızıstanda Xocalı Soyqırımı Günü qeyd edilib

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 24-də Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri, Joqorku Keneş deputatları, alimlər, ictimai xadimlər Azərbaycanın Xocalı şəhəri sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsinin növbəti ildönümünü - Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini yad ediblər. Xocalı faciəsi baş verən gündən 30 il keçib, lakin o vəhşilik haqqında yaddaş yaşayır, o günün ağrısı hələ də güclüdür.

AZƏRTAC xəbər verir ki, Qırğızıstanda rus dilində nəşr edilən “Veçerniy Bişkek” qəzetinin müxbiri Nina Niçiporovanın məqaləsi bu mövzuya həsr edilib.

Məqalədə qeyd edilir ki, həmin günlərdə Xocalıda çəkilmiş fotoşəkillər insanı sarsıdır, onlarda nə qədər ağrı, qan, göz yaşı, ölüm əks olunub! Bu fotoşəkillərin hər biri dəhşətli anları əks etdirir: öldürülmüş uşaqlar, qadınlar, qocalar... Hər yerdə cəsədlər, iztirab, göz yaşları...

Anım tədbirində çıxış edənlərdən birinin dediyi kimi, bu, əsl faşizmdir. Xocalı faciəsi öz mahiyyətinə görə faşistlərin törətdiyi vəhşiliklərə bərabərdir. Faşistlər özləri də bu əməllərinə görə dəli olmaq dərəcəsinə çatardı.

Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov “Veçerniy Bişkek” nəşrinə müsahibəsində deyib: “Tarixdə soyqırımı hadisələri çox olub. Lakin Xocalı soyqırımı dünyada ən dəhşətli, ən qanlı hadisələrdən biridir. Bəzən öz-özümə soruşuram: bunlar nəyə görə baş verib? Babiy Yar, Xatın, Liditse hadisələrini bilən insanlar nəyə görə belə xəyanətkarlıqdan çəkinməyiblər? Bu suala mənim yalnız bir cavabım var: buna səbəb ikili standartlar olub. Biz bəzən belə hadisələr barədə susuruq, diqqəti onların üzərində cəmləşdirmək istəmirik. Hətta bu gün də adamların çoxu Xocalı faciəsi barədə çox danışmamağa çalışır və ya bu barədə pıçıltı ilə danışırlar. Lakin onlar başa düşmürlər ki, bu, bir növ bumeranqdır, hökmən geri qayıdacaq. Bunun olmaması üçün biz açıq deməliyik: heç yerdə soyqırımı olmasın. Ona görə ki, soyqırımına, etnik təmizləmələrə heç nə ilə, hətta ən xeyirxah niyyətlər naminə haqq qazandırmaq olmaz, çünki bu, insanlıq əleyhinə cinayətdir”.

Görüş iştirakçıları qeyd etdilər ki, o vaxtdan 30 il keçib, lakin 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlı sakinlərə qarşı törədilmiş soyqırımının ağrısı hələ də səngimir. Soyqırımı Ermənistanın bilərəkdən yürüdülən dövlət siyasətinin, erməni şovinist dairələri tərəfindən Azərbaycan xalqına qarşı mərhələli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsidir.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan britaniyalı ekspert Tomas de Vaala müsahibəsində açıq etiraf edib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi aradan qaldıra bildik”.

Bu iyrənc etiraf sənədli film kadrları ilə də təsdiqlənir. Ermənistan silahlı qüvvələri Xocalı şəhərini yerlə-yeksan etdilər. Təkcə rəsmi məlumata görə, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın qətlə yetirilib. 1275 nəfər əsir və ya girov götürülüb. Girov götürülmüş yüzlərlə insanın sonrakı taleyi hələ də məlum deyil. Faciə qurbanlarının çoxu diri-diri yandırılıb, hətta uşaqların da başlarını kəsiblər, bəzilərinin gözlərini çıxarıb, qulaqlarını kəsiblər. Hamilə qadınların bədənlərində işgəncə izləri aşkar edilib. Bu insanları yalnız azərbaycanlı olduqlarına və Xocalıda yaşadıqlarına görə öldürüblər. Film nümayiş etdirilərkən zaldakı adamların çoxu ağlayırdı.

Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox insan öz doğma yurdunda qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov daha sonra deyib: “Qəlbi olan hər kəs üçün bu, böyük faciədir. Ölkəmiz bu faciə ilə üzləşdi və biz heç kəsin belə ağrı keçirməsini istəmirik”.

Səfirin sözlərinə görə, Azərbaycan xalqı bu faciə ilə yalnız ona görə üzləşib ki, erməni ideoloqlar “dənizdən-dənizə böyük Ermənistan” deyilən sərsəm ideyanı həyata keçirmək istəyirdilər. Bu məqsədlə onlar Azərbaycan xalqını məhv etmək hədəfini seçdilər. Səfir deyib: “Bizim mədəniyyətimizi, adətlərimizi, ənənələrimizi mənimsəyən bədxah qonşularımız ərazilərimizi də mənimsəmək istəyirdilər. Lakin müdrik, məğrur Azərbaycan xalqı özündə qüvvə tapdı və ermənilər tərəfindən işğal edilmiş ərazilərini Azərbaycan xalqının böyük oğlu, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində azad etdi”.

L.Qəndilov daha sonra deyib: “Xeyr, biz qisas almadıq. Hətta indi, baş vermiş bütün hadisələrdən sonra da bizdə qisasçılıq hissi yoxdur. Biz qəddarlıq və nifrət hissi ilə yaşayan xalq deyilik. Lakin baş verənləri hamı yadda saxlamalıdır. Biz hazırda orada yaşayan ermənilərlə birgə yaşamağa hazırıq. Lakin bundan ötrü onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalı, bizim Konstitusiyanı qəbul etməlidirlər. Bu halda onlar ölkəmizin tamhüquqlu vətəndaşları olacaqlar. Bizim Prezident də bunu deyir”.

Səfir Lətif Qəndilovun sözlərinə görə, azərbaycanlılar bu hüznlü tarixi gözləri yaşlı halda qeyd edir, o qanlı hadisələr zamanı həlak olanların ruhuna dualar oxuyurlar. L.Qəndilov deyib: “17 ölkə, Amerikanın 24 ştatı, bir sıra beynəlxalq qurumlar Xocalı hadisələrini soyqırımı kimi tanıyıblar. Mən də qırğız qardaşlarımıza müraciət edirəm: kənarda qalmayın. Əminəm ki, vaxt gələcək, o hadisələrdə əli olanların hamısı dünya birliyi qarşısında cavab verəcək. Bizim dağıdılmış şəhər və kəndlərimizdə olan, orada qalmış xarabalıqları görən hər kəs o mənzərəni XX əsrin Xirosiması adlandırıb”.

Səfir “Veçerniy Bişkek” nəşrinə müsahibəsində daha sonra deyib ki, işğaldan azad edilmiş şəhərlər və başqa yaşayış məntəqələri indi bərpa olunur. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanat imzalanıb. İndi Rusiyanın sülhməramlı qüvvələri azad edilmiş ərazilərdə dinc həyatı təmin edirlər. Bu, Azərbaycanın azad olunmuş əraziləri bərpa etməsinə imkan verir.

“Veçerniy Bişkek” qəzetində dərc olunmuş məqalənin müəllifi daha sonra yazır: “Allaha şükür, münaqişə başa çatıb. İndi dinc həyata qayıdan Qarabağda, o cümlədən xüsusilə qızğın döyüşlər sayəsində azad edilmiş Şuşa şəhərində artıq atəş səsləri eşidilmir. Mən özüm orada olub bunu yəqin etmişəm. Lakin faciə haqqında xatırladan amillər çoxdur.

Bizə dedilər ki, rekord dərəcədə qısa müddətdə çəkilmiş Şuşa yolunun hər iki tərəfində minalar ola bilər. Bu minaların sayını heç kəs dəqiq bilmir. Azərbaycan əvvəllər işğal altında olan, minalanmış ərazilərin xəritələrinin ona verilməsini tələb edir, lakin Ermənistanda əvvəlcə ən yüksək səviyyədə bildirdilər ki, onlarda belə xəritələr yoxdur. Xəritələri verməkdən imtina edilməsi nəticəsində azı 150 nəfər mülki vətəndaş və hərbi qulluqçu həlak olub və ya ağır yaralanıb. Bu yaxınlarda bəzi xəritələr verilib, lakin onların dəqiqliyi cəmi 25 faizdir. Buna görə də Azərbaycanın həmin tələbi qüvvədə qalır. Bu minalardan daha neçə insanın zərər çəkəcəyini yalnız Allah bilir. Artıq dinc dövrdə mənim həmkarlarım - iki azərbaycanlı jurnalist minaya düşərək həlak olub.

Yol boyunca orada təhlükəli zona olduğunu bildirən çarpaz şəkildə vurulmuş xəbərdarlıq nişanlarını, səngərləri, vaxtilə çiçəklənən, indi isə həyat əlaməti olmayan evlərin xarabalarını, məzarlar üzərində zədələnmiş abidələri görəndə bu illər ərzində Azərbaycan xalqının nə qədər ağrı-əzab çəkdiyini, burada neçə-neçə günahsız insanın qanın töküldüyünü başa düşürsən. Dağıntıların miqyası o qədər böyük, orada qalmış minaların sayı o qədər çoxdur ki, Qarabağda dinc həyata qayıtmaq barədə ən tezi 2-3 ildən sonra danışmaq olar. Lakin bərpa işlərinin sürətlə getdiyini nəzərə alsaq, bunu daha tez baş verəcəyini güman etmək olar.

Azərbaycan xalqının doğma yerlərə qayıtmaq arzusu çox böyükdür. 30 ildən artıq müddətdə hər bir azərbaycanlı bu arzu ilə yaşayıb. İşğaldan azad ediləndən sonra burada olmuş ölkə Prezidenti Qarabağı bərpa edəcəyinə söz verib: “Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibi bizik - Azərbaycan xalqıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO