QISA MÜDDƏTDƏ SAHİBKARLARA 80 MİN DOLLAR KREDİT VERİLMİŞDİR
Bakıda yenicə açılmış Azərbaycan Mikrokreditləşmə Bankı qısa müddətdə sahibkarlara 80 min dollardan çox kredit vermişdir. Bankın idarə heyyətinin sədri almaniyalı Tomas Engelhardt AZƏRTAC-in müxbirinə demişdir:
- Ölkənizdə cəmi bir aydır ki, fəaliyyətə başlamışıq. Bilirdik ki, Azərbaycanda maliyə- kredit bazarının imkanları genişdir, sahibkarlıqla bağlı dövlət səviyəsində mühüm sənədlər qəbul edilibdir. Bu kommersiya bankını da məhz sahibkarları maliyyələşdirmək, ölkənizdə özəl sektoru inkişaf etdirmək məqsədilə yaratmışıq. Məşğulıyyət növündən asılı olmayaraq bütün sahibkarlara qısamüddətli kreditlər veririk. Bankımızın əsasnamə kapitalı 5 milyon ABŞ dolları təşkiıl edir. Sahibkarlara verdiyimiz qısamüddətli mikrokreditlərin ən yüksək həddi 10 min, ən aşağı həddi isə 400 ABŞ dollarıdır. Kreditlər 6 ay müddətinə 3 faiz hesabı ilə verilir.
Kreditlər heç bir məhdudiyyət qoyulmadan və sadələşdirilmiş üsulla verilir. Təbiidir ki, mütəxəssislərimiz sahibkarın kreditdən necə, hansı məqsədlə istfadə edəcəyini öyrənirlər. Müştərilərimizə depozit və pulköçürmə xidmətləri də göstəririk.
Təcili pul almaq istəyən Azərbaycan vətəndaşlarına banka girov, daha dəqiq desək qızıl və qızıldan hazırlanmış məmulat, bəzək əşyaları qoymaqla pul götürmək imkanı da yartmışıq. Bankımızın xidmətlərindən istifadə etmək istəyənlərə ünvanımızı da bildirirəm: Bakı, Əlövsət Quliyev küçəsi, 137. Əlaqə telefonumuz: 93-07-26.