“Qlobal iqlim dəyişiklikləri və sualtı ekologiya” mövzusu müzakirə olunmuşdur
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 11-dən 16-dək Şimali Kiprdə “Qlobal iqlim dəyişiklikləri və sualtı ekologiya” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Şimali Kiprin Doğu Akdeniz Universitetinin (DAU) və Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin birgə layhəsi əsasında keçirilən konfransı ”Miras'” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü və bu ali təhsil ocağının tələbəsi Cəfər Mənsimi acmışdır.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, konfransda mövzu ilə bağlı məruzələr dinlənilmiş, slayd-şoular göstərilmişdir.
Konfrans çərçivəsində 8 ölkənin təmsilçiləri milli mədəniyyətlərini və incəsənətlərini nümayiş etdirmişlər. Azərbaycan məktəblilərinin hazırladıqları rəqs-tamaşanı xarici qonaqlar maraqla qarşılamışlar.
Eyni zamanda, konfrans iştirakçıları DAU-nun təşkilatçılığı ilə Şimali Kiprin görməli yerləri, o cümlədən tarixi abidələri ilə tanış olmuşlar.
Konfransın son günü iştirakçılar universitet tərəfindən beynəlxalq sertfikata layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]