Qlobal istiləşmə səbəbindən Türkiyəyə yağan yağışın miqdarı dəfələrlə azalıb
İstanbul, 27 mart, AZƏRTAC
Qış mövsümündə Türkiyə ərazisinə yağan yağışın miqdarı əvvəlki illərlə müqayisədə 16, 2019-cu ilə görə isə 27 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin Meteoroloji Baş İdarəsindən bildirilib.
Mütəxəssislər bunu iqlim dəyişikliyi ilə izah edirlər. Qlobal istiləşmənin nəticəsi olaraq bu il qardaş ölkə ərazisinə düşən yağışın miqdarı əvvəlki illərə nisbətən dəfələrlə azalıb. Ən çox azalma isə Türkiyənin Konya, Əskişəhər, Çankırı, Çorum, Amasya, Kastamonu, Gümüşhanə, Bayburt, Şanlıurfa, Mardin və Artvin ərazilərində müşahidə edilib. Bu ərazilərə yağan yağışın miqdarı illik normadan 40 faizdən az olub. Ən çox yağış isə İzmir vilayətinə düşüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]