Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal problemlərin həllində universitetlərdə aparılan tədqiqatlar mühüm rol oynayır

Bakı, 17 dekabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

MDU-dan AZƏRTAC-a bildiriblər ki, onlayn və offlayn formatda təşkil edilən beynəlxalq konfransa dünyanın 10 ölkəsinin ali təhsil müəssisələri və elmi tədqiqat institutlarından akademik heyət üzvləri və alimlər qatılıblar.

Beynəlxalq konfransın açılış-plenar iclasında MDU-nun rektoru Şahin Bayramov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldız, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenko, Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin rektoru Darxan Bilalov və Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev çıxış ediblər.

Rektor Ş.Bayramov müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişafının təmin edilməsi baxımından elm və təhsilin inkişafını daim diqqət mərkəzində saxladığını və dahi şəxsiyyətin hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin ən böyük himayədarı olduğunu qeyd edib. Bildirib ki, Ulu Öndərin ideyalarına və siyasi kursuna sadiq olan Prezident İlham Əliyev tərəfindən irəli sürülən “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının uğurla icra edilməsi sayəsində ölkəmizdə milli təhsilin və elmi fəaliyyətin məzmununda dinamik keyfiyyət dəyişiklikləri baş verib.

Müasir dövrdə yeni texnologiyaların və innovasiyaların təsiri ilə ictimai həyatın bütün sahələrinin sürətli və əsaslı dəyişikliklərə məruz qaldığını diqqətə çatdıran rektor konfransın başlıca məqsədinin mövcud çağırışlar fonunda cəmiyyətin inkişaf tələblərinə uyğun təhsil və elmi fəaliyyətin həyata keçirilməsi problemləri ilə bağlı aparılan tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarət olduğunu vurğulayıb. Qeyd edib ki, beynəlxalq konfrans Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədlərində, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərində rəqabətli insan kapitalının formalaşdırılması, keyfiyyətli təhsilin təmin edilməsi, elmi tədqiqatların və innovasiyaların inkişafı ilə bağlı əksini tapan mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir. Konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərildiyini diqqətə çatdıran rektor 51 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 9 xarici ölkənin 21 universitetindən ümumilikdə 520-dən artıq tezis və məqalə daxil olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.

Elm və Təhsil Nazirliyi adından tədbir iştirakçılarını salamlayan nazir müavini F.Qurbanov belə bir aktual mövzuda beynəlxalq konfransın təşkilinə görə MDU rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib.

Dünya iqtisadiyyatının yeni texnoloji inqilabların çağırışlarına hazırlaşdığını qeyd edən F.Qurbanov hazırda elm və təhsilin inkişafı sahəsində müşahidə edilən müasir trendlərdən və reallıqlardan söhbət açıb. Elmin postindustrial dünyanın həlledici sivil alətlərindən birinə çevrilməsindən bəhs edən nazir müavini vurğulayıb ki, yüksək inkişaf etmiş cəmiyyətlərdə məhz universitetlər və elmi-tədqiqat kompleksləri sosial inkişaf trendlərini müəyyən edir, yeni ideya və texnologiyaların mərkəzləri kimi iqtisadiyyatın inkişafına töhfə verirlər.

Azərbaycanda elm və təhsilin inkişafına dövlətin yüksək diqqət və qayğısından danışan F.Qurbanov son dövrdə respublikamızda fəaliyyət göstərən universitetlərdə, o cümlədən MDU-da qlobal çağırışlardan irəli gələrək islahatların həyata keçirilməsinə və sürətləndirilməsinə geniş imkanların yaradıldığını deyib. Cari ildə imzalanan Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanını diqqətə çatdıran nazir müavini əsas məqsədin elm və təhsilin inteqrasiyası olduğunu qeyd edib. Bu mənada universitetlər qarşısında duran başlıca hədəflərdən danışan F.Qurbanov aktual məsələlərin müzakirə ediləcəyi bu elmi platforma çərçivəsində çıxışlarda səsləndiriləcək fikirlərin və irəli sürüləcək təkliflərin konfransın işinə əhəmiyyətli töhfə verəcəyinə inandığını söyləyib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən İ.İsmayılov ölkəmizin inkişaf istiqamətlərində elm və təhsilin prioritet əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Hazırda respublikamızda elm və təhsil sahəsində aparılan islahatlardan və həyata keçirilən dövlət proqramlarından bəhs edən İ.İsmayılov atılan bütün addımların elm və təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin və yüksək nəticələrin əldə edilməsinə xidmət etdiyini, milli kadr potensialının gücləndirilməsinə hədəfləndiyini bildirib. Dünyada elmin, xüsusilə də fundamental elmin inkişafının universitetlərdə aparılan tədqiqatlardan asılı olduğunu diqqətə çatdıran şəhər icra başçısı dövlətin strateji ehtiyacı olan insan kapitalının inkişaf etdirilməsi, elm və təhsilin səmərəli vəhdətinin təmin olunması baxımından ali təhsil müəssisələrinin davamlı modernləşdirilməsinin zəruriliyindən danışıb.

Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyin MDU-da strateji hədəf olaraq müəyyənləşdirildiyini qeyd edən İ.İsmayılov bu ali təhsil müəssisəsində hərtərəfli inkişafa xüsusi önəm verilməsini müsbət dəyərləndirib. Son dövrdə MDU-da elm, təhsil, beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə baş verən yeniliklərin şəhər ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılandığını deyən İ.İsmayılov qazanılan nailiyyətlərin universitetin strateji hədəflərinə doğru məqsədyönlü şəkildə irəliləməsindən xəbər verdiyini bildirib. İcra başçısı beynəlxalq konfransın həm də universitetin və Mingəçevirin coğrafi tanınma arealının genişləndirilməsinə və yeni əməkdaşlıqların əsasının qoyulmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Son dövrdə ölkədə elm və təhsilin inteqrasiyasına prioritet əhəmiyyət verildiyini diqqətə çatdıran A.Həşimov beynəlxalq konfransı bu sahədə qəbul edilən dövlət qərarlarının icrası istiqamətində atılan önəmli addım kimi dəyərləndirib və bu mövzuda elmi tədbirlərin davamlı şəkildə keçirilməsini təklif edib. Yeni dövrdə elm, təhsil və innovasiya üçbucağı modelinin üstünlüklərindən bəhs edən A.Həşimov ali təhsil və elmi tədqiqat müəssisələrində aparılan araşdırmaların tətbiqi xarakterinin gücləndirilməsi məqsədilə görülməli olan işlərdən danışıb.

Mingəçevir şəhərində, xüsusilə energetika sahəsində elmi tədqiqatların nəticələri üçün geniş tətbiq sahələrinin mövcud olduğunu qeyd edən A.Həşimov bu imkanlardan faydalanaraq MDU-nun gələcəkdə tədqiqat universitetinə çevrilmək potensialını yüksək qiymətləndirib. Bu mənada əməkdaşlığa daim açıq olduqlarını bildirən akademik konfransın işinə müvəffəqiyyətlər arzulayıb.

MDU ilə elm və təhsil sahəsində çoxşaxəli əməkdaşlığın inkişafından məmnunluğunu bildirən Türkiyənin Qazi Universitetinin rektoru M.Yıldız dünyada universitetlərin rolunun və cəmiyyətin gözləntilərinin sürətlə dəyişdiyi bir şəraitdə qardaş ölkələrin ali təhsil müəssisələri arasında işbirliyinin gücləndirilməsinin əhəmiyyətindən bəhs edib. Universitetlərin keçdiyi təkamül yolundan söhbət açan rektor yeni nəsil universitet modelində akademik və inzibati heyət üzvlərinin üzərinə düşən başlıca vəzifələrdən danışıb və bu baxımdan konfransın önəmini vurğulayıb.

Hazırda bəşəriyyətin üzləşdiyi çağırışlardan irəli gələrək elm və təhsilin transformasiyasına böyük ehtiyacın olduğunu diqqətə çatdıran Litvanın Mykolas Romeris Universitetinin rektoru İ.Zaleniene dünya elm ictimaiyyətinin bu məsələlərə daha tez reaksiya verməli və problemlərin həlli üçün konkret təkliflərlə çıxış etməli olduğunu bildirib. Rektor MDU-da baş tutan beynəlxalq konfransın müxtəlif elmi fikirlərin və fərqli elmi yanaşmaların müqayisəsi, yeni beynəlxalq əməkdaşlıq və ortaq tədqiqat fəaliyyətləri üçün imkanların yaranması baxımından faydalı platformaya çevriləcəyinə əminliyini ifadə edib.

Dünyada geniş tətbiq edilən texnoloji yeniliklərin, eləcə də rəqəmsallaşmanın əmək bazarına ciddi təsirlərindən danışan Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru D.Lukyanenko universitetlərin gələcək mövcudluğunu qoruyub saxlamaq və cəmiyyətə davamlı faydalılığını təmin etmək üçün ali təhsilin yeni modelinə keçidin labüd olduğunu bildirib. Rəqəmsal iqtisadiyyatdan ağıllı iqtisadiyyata doğru daha bir transformasiyanın gözlənildiyini qeyd edən rektor universitetlərin bu dəyişikliklərə hazır olmasının vacibliyini diqqətə çatdırıb və konfrans iştirakçılarına səmərəli müzakirələr arzulayıb.

XXI əsrin qabaqcıl texnologiyaların və innovasiyaların qloballaşdığı, yeni düşüncə əsri olduğunu vurğulayan Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin rektoru D.Bilalov baş verən yeniliklərin ölkələrin sosial-mədəni həyatında əhəmiyyətli dəyişikliklərlə müşahidə olunduğunu qeyd edib. Konfransda elm və təhsil sahəsində liderlərin, aparıcı alimlərin və ekspertlərin bir araya gəlməsinin önəmini dəyərləndirən rektor bildirib ki, bu beynəlxalq əhəmiyyətli tədbir yeni həllərin təklifi üçün əsl elmi diskussiya məkanı rolunu oynayacaq.

MDU ilə tərəfdaşlıqdan və konfransın iştirakçısı olmaqdan məmnunluğunu ifadə edən Qırğız İqtisad Universitetinin rektoru A.Kadıraliyev dünyada baş verən böhranlara adekvat cavab verə bilməsi üçün universitetlərin davamlı işbirliyinin əhəmiyyətini diqqətə çatdırıb. Qlobal problemlərin həllində universitetlərdə aparılan tədqiqatların mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor bildirib ki, həm konfransın plenar və bölmə iclaslarında, həm də yekun materiallar toplusunda aktual mövzularda təqdim ediləcək tədqiqatların nəticələri böyük maraq doğuracaq.

Sonra konfransın plenar iclası keçirilib. Plenar iclasda Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov “Tədqiqat universitetinə keçid: universitetlər qarşısında konkret vəzifələr”, Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq alimi, dosent Sinan Toklu “Süni intellekt: bu gün və sabah”, MDU-nun dosenti Nizami Zeynalov “Milli təhsildə trendlər və tədqiqat fəaliyyətində yeni yanaşmalar” və Fizika İnstitutunun dosenti Kamil Qurbanov “Baryer boşalmasından istifadə edərək hidrogen istehsalı” mövzularında məruzələr ediblər. Böyük maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Daha sonra konfrans üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) işini davam etdirib. Bölmə iclaslarında elm və təhsilin inteqrasiyası, elmi tədqiqatların nəticəyönümlüyünün artırılması, təhsil və tədqiqat fəaliyyətlərində universitet-sənaye əməkdaşlığı, müxtəlif elm sahələrinin aktual problemləri, dördüncü sənaye inqilabı dövründə kadr hazırlığı və tədqiqat potensialının inkişafı, müasir təhsil və innovasiyaları təşviq edən ekosistemin formalaşdırılması, Qarabağın dirçəldilməsi sahəsində tədqiqatların genişləndirilməsi və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Dekabrın 17-də beynəlxalq elmi konfransın yekun iclası keçiriləcək.

Beynəlxalq konfrans Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində 2022-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, forum və konqreslərin siyahısı”na əsasən təşkil olunub.

Konfransa Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) media dəstəyi göstərir.

Qeyd edək ki, sözügedən beynəlxalq konfrans MDU-da beynəlxalq səviyyədə təşkil edilən ikinci elmi tədbir hesab olunur. Belə ki, MDU tarixində ilk beynəlxalq konfrans ötən ilin dekabrında “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var