QOBUSTANDA AĞIR YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Rasim Rzazadənin “Mitsubishi-Pacero” və Tahir Qasımovun “QAZ-24” markalı avtomaşınları toqquşmuşdur. Nəticədə sərnişinlər - Gözəl Əmirəliyeva və Durxanım Hüseynova hadisə yerində ölmüş, xəsarət almış hər iki sürücü və digər üç sərnişin xəstəxanaya yerləşdirilmişlər. Vəziyyətləri orta ağırdır.
Mərdəkan qəsəbəsi ərazisində Aydın Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Elşən Həsənovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Həsənovun həyatını xilas etmək mümkün olmamışdır.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]