Qobustanda Bayraq meydanının ətrafında park salınır
Qobustan, 24 noyabr (AZƏRTAC). Qobustan şəhərində tikintisi davam etdirilən Bayraq meydanının ətrafında yeni park salınır.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına tikilən yeni istirahət mərkəzi 2 hektar sahəni əhatə edir.
Parkın ərazisinin 1,2 hektarı yaşıllıq zolağı olacaqdır. Burada 4 mindən çox ağac və müxtəlif gül kolları əkiləcəkdir. Hazırda ağaclar əkilir. Əraziyə sərv, iydə, akasiya, badam və sair növ ağac tingləri basdırılır.
Parkda istirahət edənlər üçün müasir dizaynla oturacaqlar quraşdırılacaqdır. Şəhər sakinləri, xüsusilə gənclər parkın tikintisi, ağac və gül kollarının əkini ilə əlaqədar keçirilən iməciliklərdə həvəslə iştirak edirlər.
Yeni parkın gələn ilin oktyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]