QONDARMA “ERMƏNİ SOYQIRIMI”NA DAİR QANUN LAYİHƏSİFRANSADA PARTİYALAR ARASINDA FİKİR AYRILIĞINASƏBƏB OLMUŞDUR
Xalq Hərəkatı Uğrunda Partiyasından (UMP) olan deputatların bir çoxu səsvermədə iştirak etməyəcəklərini bəyan etmişlər. Onlar Sosialist Partiyasının “erməni soyqırımı” ilə bağlı qanun layihəsini səsə qoymaları cəhdinin ölkə üçün ağır fəsadlar törədəcəyini açıqlamış, XX əsrin əvvəllərində Fransanın keçmiş müstəmləkələrində baş vermiş soyqırımları xatırlatmışdır. Bu partiyanın üzvlərindən erməni mənşəli fransız Patrik Deveçyan və ermənipərəst Herve Mariton qanunun lehinə səs verəcəklərini bildirmişlər.
Bəzi partiyaların üzvləri 2007-ci ildə keçiriləcək prezident seçkilərində ermənilərin səsini qazanmaq məqsədi ilə Sosialist Partiyasının bu qanundan yararlanmaq istədiyini bildirirlər. Ölkənin tanınmış siyasətçisi, Sosialist Partiyasının üzvü Jak Lanq “Liberasyon” qəzetinə müsahibəsində sosialistlərin bu addımının 1789-cu ildə qəbul edilmiş vətəndaşlıq və insan
hüquqları barədə bəyannamənin 11-ci bəndinə təmamilə zidd olduğunu qeyd etmiş, partiyadaşlarını düzgün seçim etməyə çağırmışdır.
Xatırladaq ki, qanun parlamentin aşağı palatası - Milli Assambleyada qəbul edildikdən sonra Senetda müzakirə ediləcəkdir. Məsələnin yuxarı palatanın gündəliyinə salınıb salınmaması isə hökumətdən asılı olacaqdır.