SİYASƏT
Qoşunların təmas xəttində keçirilmiş monitorinq insidentsiz başa çatmışdır VİDEO
Bakı, 2 aprel (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 2-də Azərbaycan Respublikasının Füzuli rayonu ərazisində, qoşunların Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilmiş monitorinq insidentsiz başa çatmışdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və səhra köməkçisi Yevgeni Şarov keçirmişlər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Piter Svedberq nəzarət etmişlər.