QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ BAŞ TUTMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 29-da Azərbaycan Respublikası Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində planlaşdırılmış monitorinq baş tutmuşdur. Heç bir ciddi hadisənin baş vermədiyi monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik və səhra köməkçiləri keçirmişlər.