Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoymayaq aqavanı solmağa...

Qoymayaq aqavanı solmağa...

Moskvada “Ənənələr və müasirlik” sərgisi açılıb

Moskva, 31 may, AZƏRTAC

Böyük sərgi salonunun bir guşəsində simasından nur yağan bir nəfər əyləşmişdi. Ona yaxınlaşan hər kəslə məmnuniyyətlə şəkil çəkdirir, imzasını paylaşırdı. Bu mənzərəni kənardan müşahidə edərkən düşünürdüm ki, hələ uşaqlıqdan yaradıcılığının vurğunu olduğum, əlçatmaz bir zirvə sandığım bu şəxsiyyət, sən demə, nə qədər sadə və səmimidir. Yəqin dahilər dahiliklərini qəbul etmədikləri üçün dahidirlər...

Ürək edib mən də yaxınlaşdım, hətta kiçik bir müsahibə də aldım. Uzun illər Azərbaycandan kənarda yaşasa da qəlbinin daim Vətənin nəbzi ilə bir vurduğunun şahidi oldum. O zaman Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsi idi. Özünə məxsus təmkin və mehribanlıqla: “Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Bakı və regionlar üçün nə qədər böyük işlər görüldüyünü qiymətləndirməmək mümkün deyil. İnanıram ki, xalqımız Prezidentimizin əməyini layiqincə qiymətləndirəcək, o da Azərbaycanın rifahına yönəlmiş siyasətini davam etdirəcəkdir”, -dedi. Bütün xalqlar kimi, Azərbaycan xalqının da tarixin mühüm dönəmlərində sıralarından olan böyük şəxsiyyətlərin sözünə ehtiyacı var. Tahir Salahov kimi...Allah heç xalqı ağsaqqalsız eləməsin!...

Tahir Salahov hələ sağlığında klassik zirvəsinə yüksəlmiş nadir sənət adamlarındandır. Rəssamlıq tarixinə “sərt üslub”un davamçısı kimi daxil olsa da müasir cərəyanlara laqeyd qalmayıb, zamanın nəbzini tutmağı daim bacarıb. Yaradıcılığının əsas mövzusu əmək və əmək adamlarıdır. Özünün də dediyi kimi, istər neftçi olsun, istərsə də bəstəkar və ya məmur, hər bir qəhrəmanını şəxsən tanıyıb. Tamaşaçısına əməyin əsil yaradıcılıq, yaradıcılığın isə gərgin əmək olduğunu aşılayıb. Tahir Salahovun əsərləri aktuallığını heç vaxt itirmir, illər ötsə də hər gələn nəsil üçün maraqlı və yenidir. Bu, bəlkə də bir çox tanınmış sənətkarların yaradıcılığına məxsus xüsusiyyətdir. Ancaq Tahir müəllimin əsərləri həm də öz dövrünü qabaqlayır. Bax bu, artıq dahiliyə işarədir. Hər dəfə onun rəngkarlıq, qrafika, səhnə tərtibatı janrlarında işlərini nəzərdən keçirərkən rəssamın sanki fantast yazıçı kimi əsrini qabaqladığını, hələ deyilməmişləri dediyini düşünürsən.

Elə bu günlər Moskvanın əfsanəvi “Manej” sərgi salonuna da Tahir Salahov fəlsəfəsinə bir də nəzər salmaq, ruhumuza dinclik verməyən suallarımıza cavab axtarmaq üçün toplaşmışdıq. “Ənənələr və müasirlik” sərgisi çərçivəsində ustadın yeni qrafika əsərləri və bənzərsiz eskizləri əsasında əllə toxunan xalçalar təqdim edilib.

Tahir Salahovun əsərlərində güclü, möhkəm iradəyə malik müxtəlif peşə sahiblərindən bəhs olunur, doğma Azərbaycanı, Neft Daşlarını, Naxçıvan dağlarını, Abşeronun isti qumlu sahillərini, hər daşında tarix yazılmış Qız qalasını əks etdirən əsərlərin isə ustadın yaradıcılığında xüsusi yeri var.

Tahir müəllimin hər rəsmində qırmızı çalar gözə çarpır. Qırmızı alov, qığılcım, məhəbbət və deməli ümid, başlanğıc, davam rəmzidir. Rəssam məşhur “Neftçi” əsərinin qəhrəmanını belə xatırladı: “Mən platformada idim. Artıq eskizlərim hazır idi. Bu vaxt o, qırmızı müştüyünü çıxardı. Belə səhnəni bilərəkdən qurmaq mümkün deyildi. İndi mən təkcə onun küləkdən cadar-cadar olmuş üzünə baxmırdım, həm də bu qırmızı müştüyün canlandırdığı səhnəyə heyran olmuşdum”.

Tahir müəllim əvəzsiz portret ustasıdır. Onun çəkdiyi portretlərdə insan ön plandadır, çünki onun üçün insan kainatın şah əsəridir. Ustadın “Heydər Əliyev”, “Qara Qarayev”, “Mstislav Rostropoviç”, “Dmitri Şostakoviç”, “Alagöz”, “Dunayevski”, “Şostakoviç”, “Aydan” kimi portret əsərləri dünyada məşhurdur.

“Aydan” demişkən, rəssamın qızı Aydan Salahova da tanınmış rəssamdır. Moskvada “Aydan qalereya”nın yaradıcısı və rəhbəridir. Onun əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənir. Bu ilin ilk günlərində Londonda Aydanın “Şərqin azad qadını” adlı sərgisi açılmışdı. Ateist və kübar dairələrə məxsus olan Aydan bu sərgisi ilə feminizm prinsipləri ilə İslam dəyərlərini birləşdirməyə, sanki bəşəriyyətin bu çətin məqamında iki bir-birinə zidd, eyni vaxtda da bir-birindən bəhrələnən böyük mənəviyyat müstəvisini - İslam və Xristian dinlərini birliyə çağırır.

Sərgiyə gələnlər arasında Moskvanın tanınmış sənət adamları, ictimai xadimlər var idi. Nisbətən yaşlı nəsil nostalji hisslər yaşamağa, xatirələrə dalmağa, gənclər isə bu günün suallarına cavab axtarmağa gəlmişdi. Ancaq hər iki nəsli Tahir Salahov yaradıcılığına maraq, sevgi, heyranlıq bir araya gətirmişdi. Çünki Tahir Salahov böyük bir zirvədədir və hər kəs bu zirvənin cazibə gücünü hiss etmək istəyirdi.

Azərbaycan dövləti görkəmli həmyerlimizin xidmətlərini həmişə yüksək qiymətləndirib, dəfələrlə ən yüksək mükafatlara layiq görüb. Ötən il Prezident İlham Əliyev Tahir Salahova Azərbaycanın ən ali mükafatını - Heydər Əliyev mükafatını təqdim etdi.

Tahir Salahovun əsərlərindən danışarkən bir portretlər silsiləsi diqqəti cəlb etməyə bilmir. Bu silsilə rəssamın anası Sona xanıma həsr olub. O, 1937-ci ildə “xalq düşməni” elan olunaraq güllələnmiş Laçın rayonunun birinci katibi, kommunist Teymur Salahovun xanımı idi. Həmin hadisədən sonra atasız qalmış beş övladını, o cümlədən bu yazının qəhrəmanını tək böyütmüşdü. Bu rəsmdə o, kürsüdə oturub həyat yoldaşının yolunu gözləyir, övladlarına, sevimli aqava bitkisinə qulluq edir...

Sərgini gəzdikcə düşündüm ki, nə yaxşı ki, Tahir Salahov var, nə yaxşı ki, onun böyük yaradıcılığı diqqətsiz qalmayıb və nə yaxşı ki, belə dahi azərbaycanlılar öz Vətənlərində də sevilir və qiymətləndirilirlər. Qoy Tahir Salahovun aqava bitkisi hələ uzun illər tənha qalmasın! Nə qədər ki, susəpən bizim əlimizdədi, qoymayaq aqavanı solmağa...

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO