Qran-Prinin qalibi: Bu cür çıxış etsəm, Paralimpiya Oyunlarına lisenziya qazana bilərəm
Bakı, 27 sentyabr, AZƏRTAC
Qızıl medal qazanaraq ölkəmizin bayrağını Meksikada dalğalandırdım. Bu uğuruma görə şəxsi məşqçimə və milli komandanın çalışdırıcılarına təşəkkürümü bildirirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Meksikanın Verakrus ştatında keçirilmiş Qran-Pri turnirində qızıl medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov deyib.
58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarışa ciddi hazırlaşdığını bildirib: “Komandada hər birimiz çox çalışdıq və bunun bəhrəsini gördük. Qarşıdakı yarışlarda da bu cür çıxış etsəm, “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya əldə edə bilərəm. Növbəti hədəfim Paralimpiya çempionu olmaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]