“QU GÖLÜ” BALETİNİN TAMAŞASI
Klassik əsərlərin səhnə təcəssümünə üstünlük verən teatr kollektivi öz ənənəsinə sadiq qalaraq, bu dəfə Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının solistlərini dəvət etmişdir. Tamaşa balet artistlərinin Beynəlxalq müsabiqələrinin qızıl medalının və “Qran-Pri” mükafatının sahibi Natalya Matsak və Beynəlxalq müsabiqələrin laureatı İvan Kozlovun iştirakı ilə keçirilmişdir. Balet truppasının rəhbəri əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, dirijoru xalq artisti Cavanşir Cəfərovdur. Tamaşada Ukraynanın balet ustaları ilə yanaşı, ölkəmizin aparıcı səhnə ustaları da çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]