Qubada baş verən avtoqəzada 3 nəfər xəsarət alıb
Quba, 27 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubada üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Qələbə və Əliqulu Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı avtomobil başqa bir minik maşını ilə toqquşub.
Qəza zamanı xəsarət alan şəxslər təcili-tibbi yardım avtomobili ilə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.