REGİONLAR
Qubada marşrut xəttləri ilə hərəkət edən avtobuslara nəzarət gücləndirilib VİDEO
Quba,8 may, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq həmin ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər görür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən marşrut xəttləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, oturacaq sayından artıq sərnişin daşıyan sürücülər aşkarlanaraq, barələrində tədbirlər görülür. Bundan əlavə, polis əməkdaşları rayon ərazisində maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylayırlar.
Xidmətdə olan polis əməkdaşları rayon sakinləri ilə mütəmadi maarifləndirici və izahedici söhbətlər apararaq, onların sağlamlıqlarının təmin olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.