Qurban Qurbanov cəzalandırılıb, “Qarabağ” klubuna xəbərdarlıq olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” - “Qarabağ” oyununda (1:2) qeydə alınmış qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, həmin matçda beş futbolçusu sarı vərəqə ilə cəzalandırılan “qırmızı-qaralar” 700 manat cərimə edilib.
Görüşün 42-ci dəqiqəsində meydana daxil olaraq, rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərən “Qəbələ”nin məşqçisi Rasim Ramaldanov 2 oyun cəzalanıb, klubunu isə 1 000 manat xərcə salıb.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla 4 oyunluq diskvalifikasiya edilib. Klub kolumbiyalı oyunçunun hərəkətinə görə 3 000 manat cərimələnib.
Oyunun 89-cu dəqiqəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub isə 1 000 manat cərimə olunub.
Bundan başqa, qonaq komandanın azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]