Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurtuluş və Nicat Günü yəhudilərin dini bayramları siyahısına daxil edilib

Bakı, 11 iyun, AZƏRTAC

İki gün əvvəl İsrail Knessetində əslən Azərbaycandan - dünyada yəhudilər üçün unikal sayılan Qırmızı Qəsəbədən olan, Rusiya Yəhudiləri Konqresinin vitse-prezidenti, Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Zaxaryayevin nəcib təşəbbüsünə həsr olunmuş tədbir keçirilib. G.Zaxaryayev Qurtuluş və Nicat Gününü yəhudilərin dini bayramları siyahısına daxil etmək təşəbbüsünü irəli sürüb. Yəhudi təqvimi ilə faşist Almaniyası üzərində Qələbənin 70 illiyi şərəfinə Knessetin sinaqoquna Avropa yəhudilərinin qurtuluşuna həsr olunmuş Tövratın yeni nüsxəsi bağışlanıb.

Knessetin sədri Yuli Edelşteyn bu münasibətlə təntənəli mərasimi açaraq deyib: “Kiminsə xatirəsinə Tövrat yazmaq, onu Knessetdə saxlamaq adət etdiyimiz hal deyil. Əvvəlcə düşündüm ki, buna bənzər hadisə ilk dəfədir baş verir. Amma sən demə, parlament sinaqoquna belə bir Tövrat bağışlanıb və həmin Tövrat Holokostda həlak olmuş yəhudilərin xatirəsinə yazılıb”.

Y.Edelşteyn deyib: “Mən indicə tamamlanacaq və Knessetin sinaqoquna təqdim olunacaq Tövratın yeni nüsxəsinin İkinci Dünya müharibəsinin bütün cəbhələrində nasistlər və onların əlaltıları ilə döyüşən yəhudi əsilli yüz minlərlə əsgər, partizan, getto və gizli təşkilat döyüşçüsünün xatirəsinə yazılmasında əsl rəmzilik görürəm. Mən Knessetin sinaqoquna bağışlanan Tövratın ikinci hissəsində Avropa yəhudilərinin azad edilməsinin 70 illiyinə həsr olunmasında çox mühüm rəmzilik görürəm”.

Yəhudi xalqının Fəlakəti və Qəhrəmanlığı Memorial Kompleksinin sədri Yad Vaşem, Təl-Əvivin baş ravvini İsrael Meir Lau German Zaxaryayevin rolunu yüksək qiymətləndiriblər.

Təl-Əvivin baş ravvini İsrael Meir Lau deyib: “Qabriel German Zaxaryayev misli-bərabəri olmayan nəcib bir təkliflə çıxış edib. Biz faşizmin qurbanı olan Avropa yəhudilərini həmişə xatırlayırıq. Faşizmə qarşı mübarizədə canlarından keçən yəhudi əsgərlər barədə düşünməyi isə məhz German təklif edib. Bu gün biz 300 min yəhudi əsgəri xatırlayırıq və bu təşəbbüs yəhudi xalqının layiqli oğlu Qabriel German Zaxaryayevdən gəlib. Biz yəhudi əsgərlərin xatirəsini əziz tutmaq ideyasına görə ona minnətdarıq”.

Tədbirin təşəbbüskarı G.Zaxaryayevin qardaşı İsay Zaxaryayev bildirib ki, Qələbə Gününü yəhudilərin təqviminə daxil etmək təşəbbüsü ilk növbədə tarixi ədaləti bərpa etmək baxımından əhəmiyyətlidir. O deyib: “Qızıl Ordu və onun müttəfiqləri nasist Almaniyası üzərində qələbə qazanmasaydılar, yəqin ki, yəhudi xalqının kökü kəsilər və o, getto və ölüm düşərgələrində tamamilə məhv edilərdi. Yəhudi təqvimi təqribən dörd min ili əhatə edir. Burada əksini tapan bütün bayramlar və xatirə günləri indiyə qədər dəqiqliyi ilə qeyd olunub. Əminəm ki, biz bu təşəbbüsün köməyi ilə bəzi Avropa ölkələrində müşahidə olunan nasizmə və onun əlaltılarına bəraət qazandırılması və onların qəhrəman səviyyəsinə qaldırılması cəhdlərinə qarşı mübarizə aparırıq. Məqsədimiz Qələbənin xatirəsini və onun nəyin bahasına başa gəldiyini gələcək nəsillərin yaddaşına həkk etməkdir. Biz 26 iyara (9 may) bayramının - Qələbə Gününün yəhudilərin dini təqvimində qəbul edilməsi üçün İsrail Knessetinə müraciət edirik. Bu, faşizmin necə bir mənfur və qorxunc şər olduğunu, bəşəriyyəti insan qanına susayan faşizm fəlakətindən qorumaq üçün mübarizə aparan, döyüşən və onu azad edənləri dünyaya xatırlatmalıdır.

Tədbirdə çoxsaylı qonaqlar, o cümlədən İsrail, Azərbaycan və Rusiyadan deputatlar, ravvinlər və ictimai xadimlər iştirak ediblər. Çıxış edənlərin çoxu bildirib ki, tədbir çox yüksək siyasi səviyyədə keçib. Burada Knessetin sədri Yuli Edelşteyn, absorbsiya naziri Zeyev Elkin, “İsrail bizim evimizdir” Partiyasının lideri Aviqdor Liberman, parlament müxalifətinin başçısı, “Avoda” Partiyasının lideri Buji Hersoq, “Azərbaycan-İsrail” parlamentlərarası qrupunun sədri Yevda Abramov, MDB ölkələrinin səfirləri və veteran təşkilatlarının nümayəndələri, Akko şəhərinin meri Şimon Lankri, İsrail Dağ Yəhudiləri Birliyinin İdarə heyətinin üzvləri, yerli jurnalistlər iştirak ediblər.

Siyasi təmsilçiliyin yüksək səviyyədə olması bir daha sübut edib ki, əslən Azərbaycandan olan Rusiya Yəhudiləri Konqresinin vitse-prezidenti, Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Zaxaryayev yəhudi xalqının rifahı naminə real işlərinə görə İsrailin siyasi elitası arasında böyük nüfuz qazanıb. G.Zaxaryayev bu arzusunu həyata keçirmək üçün uzun illər ciddi hazırlaşıb və çalışıb. O, İsrailin hər iki baş ravvininin, Rusiya və Avropanın aparıcı ravvinlərinin, İsrail siyasətçilərinin, iri yəhudi təşkilatlarının dəstəyini qazanıb. Qeyd edək ki, yeni yəhudi tarixinin təqdimatı hətta Nyu-Yorkda BMT-nin iqamətgahında təşkil olunub. İsraildə isə “Qələbə Günü qərargahı” yaradılıb. Onun vəzifəsi yeni tarixi Knessetdə qanunvericilik səviyyəsində təsdiq etməkdir. Yuxarıda sadalanan bütün bu faktlar və German Zaxaryayevin müdrikliyi və səbri bir daha sübut edir ki, dünyada ancaq güclü, səmimi, məqsədyönlü, möhkəm etiqadlı, öz ideya və təşəbbüslərinə güvənən insan qalib gəlir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb