Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusar rayonunun füsunkar təbiəti turistləri ilin bütün fəsillərində məftun edir

Bakı, 24 may (AZƏRTAC). Meşələrlə örtülü dağların və dərələrin qoynunda yerləşən, şəlaləli çayları, diş donduran buz kimi soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Qusar rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkandır.

Ölkəmizin şimal-şərqində, Şahdağın ətəklərində qərar tutmuş bu rayon, nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın ən gözəl guşələrindən biridir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Yayda sərin meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri sanki ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.

Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd olan Qusar rayonunda hazırda 183 min 500 nəfər əhali yaşayır. Rayonun inzibati mərkəzi Qusar şəhəri Bakıdan 183 kilometrlik məsafədədir. Şəhərin 15 min 800 nəfər əhalisi vardır. Rayon mərkəzinin relyefi buraya gələn turistləri elə ilk baxışdan məftun edir. Təmiz və səliqəli küçələri, ətrafa xüsusi gözəllik verən mənzərələr, yaşıllıqlar göz oxşayır. Turizm həvəskarları və səyyahlar rayonla tanışlığa vaxtilə bu şəhərdə olmuş böyük rus şairi Mixail Lermontovun adını daşıyan muzeydən başlaya bilərlər.

Rayon ərazisinin landşaftı turizmin inkişafı üçün çox əlverişlidir. 15 hektar sahəsi olan Qusar Dövlət Təbiət Yasaqlığında və təbii meşələrində enliyarpaqlı vələs, palıd, qayın, qovaq, qarağac, fıstıq ağacları üstünlük təşkil edir. Çay yataqlarındakı meşələrdə əzgil, zoğal, alça, sumax, yemişan kimi yabanı meyvələr, itburnu, yabanı üzüm, böyürtkən və digər təbii dərman bitkiləri yetişir.

Qusar rayonu özünün zəngin faunası ilə də fəxr edə bilər. Canavar, ayı, tülkü, qaban, dağ keçisi, dovşan və s. kimi heyvanlar, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək və digər müxtəlif növ quşlar bu əsrarəngiz məkanın bəzəyidir.

Bu yerlərdə dərələrdən axan şəlalələr turistlərin nəzərini həmişə cəlb etmişdir. Şahnabat, Ləzə, Qurqur çaylarının üzərindəki şəlalələrə baxmaqdan, su şırıltısının səsini dinləməkdən doymaq olmur. Qış mövsümündə isə bu şəlalələr donur və buzlu dağlara dırmanmağı xoşlayan alpinistlərin yarış yerinə çevrilir.

Rayonda piyada gəzməyi xoşlayan turistlər üçün də əlverişli şərait vardır. Bu gözəl diyara gələn turistlər ekoloji xarakterli 3 marşrut üzrə hərəkət edə bilərlər. Bunlardan biri Qusardan Ləzə şəlaləsi istiqamətindədir. Bu marşrutla hərəkət edən turistlər yolüstü Əniğ kəndində düşərgə salıb dincələ bilərlər. Bu zaman kəndin yaxınlığındakı XIII əsrə aid Əniğ qalasının indiyədək salamat qalmış divarlarının qalıqlarına tamaşa etmək yerinə düşər. IX əsrə aid olduğu ehtimal edilən bu qədim qala Şabranla Dərbənd arasında strateji mövqedə yerləşmişdir. Turistlər burada nisbətən yaxşı qalmış məscid binasına baxmaqdan da vaz keçməzlər.

Bu kəndin yaxınlığında fəaliyyət göstərən “Suvar” dağ-turizm istirahət zonası qonaqların üzünə hər zaman açıqdır. Burada yaxşıca nahar etmək və dincəlmək olar. Ləzə kəndinə çatdıqdan sonra isə Quba rayonunun məşhur Xınalıq kəndinə, necə deyərlər, əl uzatsan çatar. Piyada gəzməyi xoşlayan turistlər son vaxtlar bu marşrutdan daha çox istifadə edirlər.

Qusar-Qazanbulaq istiqamətində olan marşrutda turistlər üçün maraq doğuran obyektlərdən biri də Urva kəndi yaxınlığındakı 7 hektarlıq ərazidə yerləşən “Əlistan baba” fıstıq meşəsidir.

Qusardan Sudur istiqamətinə aparan yolun uzunluğu 75 kilometrdir. Bu marşrutla səyahətə çıxarkən Şahdağın yamacında yerləşən Həzrə kəndinə dönüb Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin XVI əsrə aid məqbərəsini də ziyarət etmək olar.

Qusarda qonaq olan səyahət həvəskarları “Qarabulaq”, “Qayibulaq”, “Şahdağ”, “Şahbulaq”, “Qusar bulaq”, “Star Qusar” və digər istirahət mərkəzlərinin xidmətindən yararlana bilərlər.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Qusar rayonunda da xalqımızın qədim mədəniyyətinin və həyat tərzinin izlərini görmək olar. Həzrə, Balaqusar, Əniğ, Yasab, Köhnə Xudat, Gündüzqala kəndlərində qədim məqbərələrin, məscidlərin, qədim insan məskənlərinin, qalaların qalıqları qorunub saxlanılmaqdadır.

Rayonda qədim xalq sənətinin ən geniş yayılmış növü xalçaçılıqdır. Həm ev şəraitində, həm də şəhərin mərkəzində yaradılmış sexdə toxunan xovsuz Sumaq xalçaları daha çox məşhurdur. Respublikamızda ən böyük xalçatoxuyan dəzgah bu sexdə quraşdırılmışdır. Həmin dəzgahda eyni vaxtda 10 nəfər işləyə bilir. Xalı-xalça həvəskarları Qusar xalçalarına böyük üstünlük verirlər.

Azərbaycanın ən gözəl guşələrindən olan Qusar rayonunun turizm potensialı çox zəngindir. Təəssüflər olsun ki, təbiətin bizə bəxş etdiyi böyük imkanlardan uzun zaman səmərəli istifadə olunmamışdır. Azərbaycanda turizmin inkişafı istiqamətində ilk uğurlu addımlar 1983-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə atılmışdır. Yaddaqalan olmuşdur. O vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmiş ulu öndərimizin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Xəzər dənizinin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə qərar qəbul edilmişdir. Bu qərara uyğun müəyyən işlər görülsə də, sonrakı məlum hadisələr bir sıra turizm təşkilatlarının fəaliyyətinin dondurulmasına gətirib çıxarmışdır.

Sonralar - 1999-cu il iyulun 27-də ümummilli liderimiz “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman imzalamışdır. Bu qanun Azərbaycanda, o cümlədən bu gün haqqında söhbət açdığımız Qusar rayonunda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirmişdir. Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə 2002-ci il avqustun 27-də ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunmuşdur. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” isə ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahəsinin planlı surətdə inkişaf etdirilməsinə zəmin yaratmışdır.

Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu inkişafın göstəricisi olaraq Prezident İlham Əliyevin Sərəncamına əsasən inşa edilən və 2008-ci ildə istifadəyə verilən Qusar Olimpiya-İdman Kompleksini misal gətirmək olar. Kompleks təlim-məşq toplantılarının, respublika və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi, həmçinin istirahət üçün ideal məkandır. 40 kottecə malik bu nadir tikili təbii meşəliklərlə əhatə olunmuşdur.

Azərbaycan Prezidentinin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi də cədvəl üzrə davam edir. Obyektdə birinci mərhələ üçün nəzərdə tutulan işlərin 50 faizi artıq başa çatmışdır. Bura ilk növbədə infrastrukturun qurulması, yəni yol, qaz və su xətlərinin çəkilməsi aiddir. Kompleksdə 346 yerlik dördulduzlu hotelin tikintisində və xizək yollarının çəkilişində də müəyyən işlər görülmüşdür. Ərazidə 54 stasionar qaryağdıran generator quraşdırılmış və sınaqdan keçirilmişdir.

Qusarçayın suyu nasoslar vasitəsilə bu generatorlara ötürülür və 30-35 atmosfer təzyiqlə ətrafa püskürdülür. Bununla da yazda Şahdağın ətəklərindəki qar əriyəndən sonra xizək eniş zolaqları üçün süni qar yağdırılması həyata keçiriləcəkdir. Bundan əlavə, kompleksə daha 15 mobil qaryaradan generatorun gətirilməsi nəzərdə tutulur. Xizək eniş zolaqları boyunca turistləri yuxarı qaldırmaq üçün qurğuların quraşdırılmasına da başlanılmışdır. 21 turistqaldıran xətt artıq quraşdırılmışdır. Ərazidə meteoroloji stansiyanın təchiz edilməsi yekunlaşmışdır. Bu yaxınlarda xizək marşrutunun açılışı da gözlənilir. Bundan ötrü xizək yollarında qarbərkidən texnika alınıb gətirilmişdir. “Turizm ili” elan olunan 2011-ci ilin sonunda isə kompleks ilk turistlərini qəbul edə biləcəkdir.

Bu ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin “Şahdağ” Qış-Yay Turizm Kompleksində olması, tikintinin gedişi ilə yaxından maraqlanması, 2 nömrəli kanat və xizək yolunun açılışında iştirak etməsi ölkə rəhbərliyinin bu obyektin tikintisinə verdiyi qiymətin göstəricisidir.

Qafqazda bənzəri olmayan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi ilə ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizmi də inkişaf edəcəkdir. Beləliklə, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin işə düşməsi Azərbaycanın yaxın gələcəkdə aparıcı turizm ölkəsinə çevrilməsinə imkan yaradacaqdır. Kompleks gündəlik 5 min turist qəbul etmək gücündə olacaqdır.

Burada yüzlərlə yeni iş yeri açılacaq, rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının satışı üçün yeni bazar yaranacaqdır. Yaxın 10 ilə başa çatdırılması nəzərdə tutulan bu turizm obyektində böyük infrastruktur layihələri həyata keçiriləcək, rayonda xeyli yeni iş yeri açılacaqdır.

Doğma Azərbaycanımızın hər tərəfi gözəldir, mənzərəlidir, səfalıdır. Qusar rayonu da bu füsunkar torpağın bir parçası kimi təkrarsızdır, cəlbedicidir. Bu gözəlliklər məskənindən istifadə etməyin, onu yaxından tanımağın və xarici qonaqlara tanıtmağın, buraya daha çox turistin cəlb olunmasına səy göstərməyin əsl zamanıdır.

Teymur Xaspoladov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib