Qusarda qəzada yaralananların vəziyyəti açıqlanıb
Qusar, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda baş verən qəzada yaralananların ikisinin vəziyyəti orta ağırdır.
TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dekabrın 9-da 16 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qabırğaların və sol əl falanqalarının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (kişi) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olan 1962-ci il (qadın) və 1989-cu il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır.
Qeyd edək ki, dekabrın 9-da Qusar rayonunun Hil kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "ZİL" markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:26]
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]