Qusarda restoran sahibi 8 gün inzibati qaydada həbs olunub VİDEO
Qusar, 14 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində olan şadlıq evində karantin rejimi qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirildiyini müəyyən edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, obyektin sahibi Namidar Mustafayevin əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Qusar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 8 gün müddətində inzibati qaydada həbs edilib.