Qusarın “Şahdağ” futbol klubu yoldaşlıq oyununda qalib gəlib
Quba, 8 fevral, Elxan Yusifli, AZƏRTAC
Futbol üzrə Azərbaycanın I Divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubu fevralın 8-də növbəti yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, ikinci dövrəyə hazırlaşan kollektivin budəfəki rəqibi “Bakı” komandası olub. Qusarlı futbolçular bu matçda rəqibindən üstün oyun nümayiş etdirərək 1:0 hesabı ilə qalib gəliblər. “Bakı” futbol klubunun təlim-məşq bazasında keçirilən görüşdə yeganə qolu oyunun ikinci hissəsində qusarlıların gürcüstanlı legioneri David Çaçakunaşvili vurub.
“Şahdağ” komandasının ikinci dövrəyə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınaması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]