RABİTƏ VƏ TELEKOMMUNİKASİYA XİDMƏTİ DİNAMİK İNKİŞAF EDİR
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın xidmətlərlə bağlı işçi qrupunun rəhbəri, iqtisad elmləri doktoru, professor Ədalət Muradov AZƏRTAC-ın müxbirinə demişdir ki, dinamik inkişaf edən sahələrdən biri də rabitə və telekommunikasiya xidmətləridir. Onun sözlərinə görə, mobil telefon abonentlərinin sayına görə, Azərbaycan MDB məkanında birinci yeri tutur. İnternet istifadəçilərinin sayı isə 500 minə çatmışdır. Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində 200-dən artıq şirkət, o cümlədən 22 provayder şirkəti fəaliyyət göstərir. 1997-ci illə müqayisədə bu cür şirkətlərin sayı 4 dəfə artmışdır.
Telekommunikasiya və kompyuter xidmətlərinin elmi-texniki baxımdan aparıcı sahələrlə bağlı olduğunu vurğulayan professor qeyd etmişdir ki, Azərbaycanın həmin sahələr üzrə regionda aparıcı dövlətə çevrilmək imkanları vardır. O, məlumat vermişdir ki, bu məqsədlə müasir bilklərə malik kadrların hazırlanmasının vacibliyi nəzərə alınaraq və Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması istiqamətində məqsədyönlü işlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]