Rafael Nadal onuncu dəfə Fransa açıq turnirinin qalibi olub
Bakı, 11 iyun, AZƏRTAC
İspaniyalı məşhur tennisçi Rafael Nadal Fransa açıq turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, R.Nadal finalda isveçrəli Stan Vavrinkaya qalib gələrək 10-cu dəfə “Roland Qarros” turnirinin çempionu adını qazanıb. İspaniyalı tennisçi setləri 6:2, 6:3 və 6:1 hesabı ilə üstün başa vurub.
Bununla da R.Nadal “Böyük dəbilqə” turnirlərində on dəfə qalib gələn yeganə tennisçi olub. Bundan başqa, o, bu qələbə sayəsində “Böyük dəbilqə” turnirlərində çempionluq sayını 15-ə çatdırıb. Bu turnir, həmçinin ispaniyalı raketka ustasının bir set belə uduzmadan çempion adını qazandığı üçüncü turnir olub.