Rafiq Hüseynov: Gələn il əsas hədəfim dünya çempionluğudur
Bakı, 22 dekabr, Leyla Qurbanova, AZƏRTAC
Bu il mənim üçün uğurlu oldu. Budapeştdə keçirilən qitə çempionatında qalib gəlməklə, üçqat Avropa çempionu titulunu qazandım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov deyib. Yunan-Roma güləşçisi bu il, eyni zamanda, dünya çempionatında medal şanslarının da yüksək olmasına baxmayaraq, zədə səbəbindən məqsədinə çatmadığını bildirib: “Zədə səbəbindən dünya çempionatında məğlub olsam da, özümü toplayaraq dünya kubokunda komandama kömək etdim və yığmamız ikinci yeri qazandı. Hazırda çiynimdən əməliyyat olunmuşam və bərpa olunuram”.
Rafiq Hüseynov 2023-cü ildə əsas hədəfi də açıqlayıb: “Gələn il əsas hədəfim dünya çempionluğudur. Sonra isə Olimpiadaya hazırlığa başlayacağam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]