“Reabilitasiya” altsisteminin tətbiqi istiqamətində işlərə başlanılıb
Bakı, 7 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri başa çatıb. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən altsistemin tətbiq olunması istiqamətində işlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, altsistem reabilitasiya mərkəzlərində xidmət keyfiyyətinin yüksəldilməsinə, reabilitasiya xidmətləri sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, nəzarət və monitorinq sisteminin gücləndirilməsinə xidmət edəcək. E-sistem reabilitasiya mərkəzləri ilə tibbi-sosial ekspert komissiyaları arasında e-formada məlumat mübadiləsinə imkan verir. Həmin mərkəzlərə qəbul prosesinin altsistemə daxil edilmiş göndərişlər əsasında, şəffaf, obyektiv aparılmasına şərait yaradır.
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı aparılmış reabilitasiya işləri və nəticələri barədə məlumatlar da e-sistemdə toplanacaq. Bu da fərdi reabilitasiya proqramının tərtib olunması və icrası üçün vacib məlumat bazası rolunu oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]