Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“Real Madrid” 12-ci dəfə UEFA Çempionlar Liqasının kubokuna sahib oldu

Kral klubu finalda Turinin “Yuventus” komandasını 4:1 hesabı ilə məğlub edib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 3-də Madridin “Real” və Turinin “Yuventus” komandaları arasında keçirilən final qarşılaşması ilə UEFA Çempionlar Liqasının 2016-2017-ci il mövsümünə yekun vurulub. Olduqca maraqlı idman mübarizəsi şəraitində keçən oyunda 4:1 hesabı ilə qalib gələn “Real Madrid” komandası UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün çempionu olub.

AZƏRTAC xəbər verir ki, Kardiff şəhərindəki Uels milli stadionunda keçirilən final matçından əvvəl “odlu-alovlu” şou ilə müşayiət olunan mərasimdə məşhur “Black Eyed Peas” qrupu 15 dəqiqəlik konsert proqramı ilə çıxış edib.

Oyun ilk dəqiqələrdən sürətli hücumlarla başlayıb. Qarşılaşmanın əvvəlində daha fəal oyun nümayiş etdirən “Yuventus” rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Lakin ilk hissənin ortalarına doğru oyunda tarazlığı bərpa edən “Real Madrid” matçın 20-ci dəqiqəsində hesabı açıb. Madridlilərin təşkil etdikləri sürətli hücum nəticəsində Daniel Karvahalın ötürməsindən sonra Kriştiano Ronaldonun güclü zərbəsi müdafiəçi Bonuççiyə toxunduğundan Buffon üçün əlçatmaz olub - 1:0.

Portuqaliyalı forvard bu qolla UEFA Çempionlar Liqasında üç ayrı final qarşılaşmasında qol vuran futbolçu kimi rekordları sırasına yenisini də əlavə edib. Bu qol “Real Madrid” üçün də əlamətdar olub. Belə ki, kral klubu UEFA Çempionlar Liqasında 500 qol vuran ilk komanda kimi tarixə düşüb.

Qoldan sonra hər iki komanda daha açıq oynamağa başlayıb. Hesabı bərabərləşdirmək üçün irəli atılan turinlilər matçın 27-ci dəqiqəsində istəklərinə çatıblar. “Yuventus” futbolçularının gözəl kombinasiyasından sonra Hiquanın ötürdüyü topu sinəsi ilə saxlayan xorvatiyalı legioner Mario Mandzukiç “qayçı” zərbəsi ilə topu qapıçının başı üzərində tora göndərib - 1:1.

İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan madridlilər ikinci hissənin ortalarına yaxın dörd dəqiqə ərzində iki qol vuraraq matçın taleyini həll ediblər. Qarşılaşmanın 61-ci dəqiqəsində “Yuventus”un müdafiəçilərindən qayıdan topa uzaq məsafədən qüvvətli zərbə endirən Kasemiro “Real”ı yenidən hesabda irəli çıxarıb - 2:1. Bu qoldan üç dəqiqə sonra isə Luka Modriçin sağ cinahdan ötürdüyü topa müdafiəçidən daha əvvəl özünü yetirən Kriştiano Ronaldo özünün ikinci, komandasının isə üçüncü qolunu rəsmiləşdirib - 3:1. Bu qol sayəsində ulduz futbolçu cari mövsümdə UEFA Çempionlar Liqasında Lionel Messini qabaqlayaraq ən çox qol vuran oyunçu olub - 12 top.

Görüşün 83-cü dəqiqəsində “Yuventus”un heyətində Kuadrado ikinci sarı vərəqə ilə cəzalandırılaraq komandasını meydanda sayca azlıqda qoyub.

Oyunda son nöqtəni matçın 90-cı dəqiqəsində “Real”ın gənc futbolçusu Marko Asensio qoyub. Sürətli driblinqlə “Yuventus”un cərimə meydançasına daxil olan Marselonun ötürməsindən sonra Asensio dəqiq zərbə ilə Buffonu növbəti dəfə məyus edib - 4:1.

Bununla da matç Zinəddin Zidanın yetirmələrinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Real Madrid” qitənin ən nüfuzlu klub turnirində 12-ci çempionluğunu rəsmiləşdirib. Kral klubu UEFA Çempionlar Liqasında ardıcıl iki dəfə çempion olan komanda, Zinəddin Zidan isə bu uğura imza atan baş məşqçi ünvanına sahib olub.

“Yuventus” isə Çempionlar Liqasının finalında ən çox məğlub olan komanda ünvanını özündə saxlayıb. Belə ki, bu, turinlilərin finallarda yeddinci məğlubiyyətidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub