“Real Madrid”in Superkuboku qazanması Florentino Peresi ən titullu klub prezidenti edib
Bakı, 15 yanvar, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres inanılmaz uğura imza atıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniya Superkubokunun finalında “Barselona” üzərində qələbə 77 yaşlı funksioneri Madrid təmsilçisinin tarixində ən titullu klub prezidenti edib.
“Kral klubu”nun rəhbəri kimi 32-ci titulunu qazanan F.Peres bu göstərici ilə Santyaqo Bernabeunu geridə qoyub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçirilmiş matçda “Real Madrid” əzəli rəqibi “Barselona”ya 4:1 hesabı ilə qalib gələrək Superkubokun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]