“Real” Mbappe ilə münasibətdə nə istədiyini müəyyən edib
Bakı, 7 dekabr, AZƏRTAC
“Real” Madrid 2024-cü il yanvarın 1-dən “PSJ”nin forvardı Kilian Mbappenin transferi ilə bağlı işi sürətləndirir. Bu barədə “AS” xəbər verir.
Bildirilir ki, “Qaymaqlılar” fransız idmançısına son təklif edərək, yanvarın 15-dək ona düşünmək üçün vaxt verəcəklər. Futbolçu o vaxta qədər ispanlara cavab verməsə, onlar artıq onun transferinə ümid etməyərək, diqqəti “Mançester Siti” klubunun forvardı Erlinq Holanda yönəldəcəklər.
AZƏRTAC xəbər verir ki, Mbappe razılaşsa, “Real” onun keçidi ilə bağlı yazılı zəmanət tələb edəcək. Tərəflərin ilkin kontraktı imzalamaq ehtimalı var, sənədə əsasən Kilian gələn yay “Kral klubu”na keçəcək.
Cari mövsümdə 24 yaşlı hücumçu bütün turnirlərdə 18 oyun oynayıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun parislilərlə kontraktı 2024-cü ilə qədər qüvvədə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]