“Real”ın müdafiəçisi Marselo PSJ ilə oyunu buraxa bilər
Bakı, 19 fevral, AZƏRTAC
İspaniya La Liqasının 24-cü turunda səfərdə “Betis”ə qalib gələn (5:3) “Real” itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, kral klubunun müdafiəçisi Marselo sıradan çıxıb. Braziliyalı futbolçu matçın 28-ci dəqiqəsində zədələnərək Teo Hernandeslə əvəzlənib.
İspaniyanın “Marca” nəşri futbolçunun zədəsinin ciddi ola biləcəyi barədə məlumat yayıb. Xəbərdə Marselonun hətta Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununu buraxa biləcəyi vurğulanıb.
Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan isə futbolçunun zədəsi barədə danışarkən deyib: “Ciddi bir şey olduğunu düşünmürəm. Bir neçə günə hər şey bəlli olacaq”.
PSJ-“Real” oyunu martın 6-da keçiriləcək. Komandalar arasında “Santyaqo Bernabeu”da keçirilmiş ilk oyun “kral klubu”nun 3:1 hesablı qələbəsi ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]