Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib

Bakı, 26 sentyabr, AZƏRTAC

Rəcəb Tayyib Ərdoğan Türkiyəyə dönüşü zamanı təyyarədə Naxçıvana səfərinin yekunları ilə bağlı türkiyəli jurnalistlərə Zəngəzur dəhlizi, Azərbaycanın antiterror tədbirləri və digər məsələlərlə bağlı mühüm açıqlamalar verib.

AZƏRTAC Türkiyə KİV-ə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, ilk növbədə, Naxçıvanda ona və Türkiyə hökumətinin nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O deyib: “İyun ayında Bakıya səfərimin ardından bu gün də Türk dünyasına açılan qapımız olan Naxçıvanda olduq. Azərbaycan Prezidenti, hörmətli qardaşım İlham Əliyevlə birlikdə İğdır-Naxçıvan təbii qaz boru kəmərinin təməlini qoyduq. Cəmi 80 min 150 metrlik bu xəttin gündəlik 2 milyon kubmetr nəql həcminə çatdırılmasını nəzərdə tuturuq. Bu layihə naxçıvanlı qardaşlarımızın təbii qaza olan tələbatını tamamilə qarşılayır. Bu gün Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışını da həyata keçirdik. Hazırkı proseslər müdafiə sənayesində yerli və milli istehsalın əhəmiyyətini bir daha göstərdi. İnanıram ki, bu kompleks Naxçıvanın müdafiə qabiliyyətinə mühüm töhfə olacaq. Enerji, nəqliyyat və ictimai bina sahələrində imzalanana üç sazişlə Naxçıvan səfərimizi başa vurduq”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hər səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın daha bir addım irəliləməsi onda xoşbəxtlik hissi doğurur. O əlavə edib: “Qardaşım hörmətli İlham Əliyevlə birlikdə keçirdiyimiz görüş əsnasında bir çox ikitərəfli və regional məsələləri müzakirə etmək fürsətimiz oldu. Xüsusən Qarabağ ətrafında son vəziyyətə toxunduq və Azərbaycanın haqlı mübarizəsinə dəstəyimizi bir daha təkrarladıq. Can Azərbaycanımızı antiterror tədbirlərində əldə etdiyi tarixi uğur münasibətilə bir daha təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa tapmalarını arzulayıram. Azərbaycan Ordusu terrorçulara qarşı güzəştsiz, mülki əhaliyə qarşı isə son dərəcə mərhəmətli davrandı. Otuz il əvvəl Qarabağda yaşananlar ilə işğal edilmiş torpaqların azad edilməsi zamanı baş verənlər arasındakı böyük fərq indidən yaddaşlara həkk olunub. Mülki insanların ehtiyacı olan bütün məhsullar, ciddi mənada yük maşınları dolu qida məhsulları bölgəyə çatdırılır. Azərbaycanlı qardaşlarımızın həmin tədbirlərdən sonra mülki əhaliyə münasibətdə göstərdiyi bu insani və vicdanlı hərəkətlə bağlı onları ayrıca təbrik edirəm. Türkiyə bütün mərhələlərdə Azərbaycanın yanında olub”.

Azərbaycana dəstəyini ötən həftə keçirilən BMT Baş Assambleyasında etdiyi çıxışında vurğuladığını diqqətə çatdıran Türkiyənin dövlət başçısı bildirib ki, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün Qarabağda suverenliyi tam bərqərar olub. O qeyd edib ki, 44 günlük Vətən müharibəsinin ardından bölgədə dayanıqlı sülh və sabitliyin təsis edilməsi yolunda yeni bir fürsət pəncərəsi açılıb. “Bu gözləntimizi sentyabrın 11-də telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyana da ifadə etdim. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və qonşuluq hüququna hörmətlə yanaşıldığı təqdirdə həll edilməyəcək heç bir problem görmürük. Azərbaycanla Ermənistan arasında nizamlanma prosesində irəliləyişin təmin edilməsi regionda normallaşmaya da böyük töhfə verəcək. Cənubi Qafqazda sabitlik, sülh və rifahın bərqərar olması üçün Azərbaycanla birlikdə fəaliyyətimiz davam etdirəcəyik. Səfərimin təkcə ikitərəfli əlaqələrimiz deyil, bütün region üçün faydalı olacağına ümid edirəm”.

Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, quru və dəmiryolu marşrutları ilə Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birləşdirən nəqliyyat əlaqələri münasibətləri daha da inkişaf etdirəcək və bu güclü əlaqələr sayəsində bir çox məsələlər üzrə atılan addımlar gələcəkdə öz faydalarını verəcək. O vurğulayıb: “Bu səbəbdən, hər şeydən əvvəl, bu dəhlizin açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Türkiyə və Azərbaycan üçün mühüm olan bu dəhlizin açılması strateji məsələdir və mütləq tamamlanmalıdır. Zəngəzur dəhlizi açıldığı vaxt Bakıdan yola düşən bir maşın və ya qatar birbaşa Qarsa gələcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənəcək. Bu məsələdə İrandan müsbət siqnallar daxil olması da sevindiricidir”.

Xocalıda Azərbaycan bayrağının dalğalanmasına münasibət bildirən Rəcəb Tayyib Ərdoğan deyib ki, o, 31 il sonra TRT telekanalında göstərilən və Xocalı soyqırımı zamanı - 9 yaşında doğma evindən didərgin salınan qız kimi sevinc hissi keçirir: “Ən azı həmin balamız kimi biz də o sevincli anları yaşadıq. O qırğının açdığı yaralar dərindir. Təbii ki, həmin faciəni yaşayanlar da, biz də Xocalı qırğınını unutmayacağıq. Ermənistan Xocalı faciəsinin əvəzini ödəyir və ödəyəcək. Çünki Həm Xocalıdan, həm də digər yerlərdən 1 milyon insan didərgin düşdü. Haraya? Azərbaycana. İndi onilliklər sonra Azərbaycan bu qırğının hesabını soruşdu. Çox fərqli şəkildə soruşdu və torpaqlarını geri qaytardı. Məlumdur ki, Amerika, Rusiya, Fransa - Minsk üçlüyü deyilən bu ölkələr illər boyu Azərbaycanın hüququnu tanımadılar. Sonda, Azərbaycan özü öz problemini həll etdi və işi tamamladı. İndi Xocalıda artıq kim var? Xocalının sahibləri...Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, hüzur və sülh gətirmək üçün daxil oldu. Bundan bir çox il əvvəl erməni quldur dəstələrinin girdiyi kimi daxil olmadı. İnsanları qətlə etmək üçün daxil olmadı. Bunu Xocalının layiq olduğu sülhü və hüzuru təmin etmək üçün etdi. Öz torpaqlarında Zəfər müjdəsi vermək üçün daxil oldu. Artıq həm Xocalı, həm də bütün Qarabağ üçün Azərbaycanın suverenliyi altında dayanıqlı sülh və hüzurun vaxtı gəlib çatıb. Ermənistanın vəzifəsi bu hüzurun bərqərar olması və qorunması üçün sülhü dəstəkləməkdir, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan daha sonra bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının noyabrın 3-də Qazaxıstanda keçiriləcək iclasına Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın da dəvət edilməsini istəyir. O əlavə edib: Sağ olsun, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə qətiyyətlidir. O da ŞKTR bayrağının orada dalğalanmasını istəyir.

Müxbirin Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin onun ərazisindən keçməsinə razı olmayacağı təqdirdə hansı addımların atılacağı ilə bağlı sualına cavab verən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, onda dəhliz vasitəsilə yol İrandan keçəcək və Tehran buna müsbət yanaşır.

Türkiyə Prezidenti jurnalistlərə müsahibəsində vurğulayıb: “Səfərimiz Türkiyə-Azərbaycan qardaşlığının, bir millət, iki dövlət ruhunun bütün dünyaya elan edilməsidir. Bunu BMT kürsüsündən necə car çəkmişiksə, Can Azərbaycanın öz torpağı Şuşadan necə söyləmişiksə, hər yerdə əməlimizlə göstərmişik və indi də göstəririk”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir