“Region yürüşü” adlı veloyürüş keçirilib
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq iyulun 29-30-da "Region yürüşü” adlı veloyürüş təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Velosiped İdman Klubu, Azərbaycan Respublikasının Gənclər Fondu və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş veloyürüşə 25-dən çox velosipedçi qatılıb.
Yürüşdə təşkilatçı qurumların üzvləri ilə yanaşı, milli komandamızın velosipedçiləri və yerli sakinlər də iştirak ediblər.
İyulun 29-da iştirakçılar Şəkidən start götürərək Oğuz rayonundan keçib, yenidən Şəkiyə qayıdıblar. Onlar 60 kilometr məsafə qət ediblər.
İyulun 30-da isə velosipedçilər 60 km məsafəni əhatə edən Şəki-Qax-Şəki marşrutu üzrə hərəkət ediblər.
Yürüş iştirakçıları xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, yerli sakinlər velospedçiləri böyük maraqla qarşılayıb, onları coşğu ilə dəstəkləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [20:43]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [18:37]
Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib
- 14.06.2026 [18:27]
“Gimnastika hamı üçün” festivalı başa çatıb
- 14.06.2026 [18:21]
Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır
- 14.06.2026 [12:04]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar
- 14.06.2026 [09:58]
Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb
- 14.06.2026 [04:08]
Dünya çempionatı: Braziliya millisi xal itirib
- 14.06.2026 [03:09]
Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]