REGİONAL MƏSƏLƏLƏR DAİMİ KOMİSSİYASININ İCLASINDA
Ədliyyə Nazirliyinin Bələdiyyələr İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bələdiyyələrin 2005-ci ildəki fəaliyyəti barədə məlumat vermiş, əldə olunmuş nailiyyətlər və problemlərdən söhbət açmışdır. Komissiya üzvləri və dəvət olunmuş şəxslər məlumatı müsbət qiymətləndirmişlər.
Sonra Salyan rayonunun inzibati ərazi bölgüsundə qismən dəyişikliklər edilməsi məsələsinə baxılmış, rayonun Aşağı Noxudlu, Yuxarı Noxudlu kəndlərinin Arbatan kənd inzibati ərazi vahidindən, Parça Xələc və Seyidan kəndlərinin Çuxanlı kənd inzibati ərazi vahidindən ayrılaraq müstəqil inzibati ərazi vahidi olmaları məqsədəuyğun sayılmışdır.
“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Siyasi partiyalar haqqında”, “Valyuta tənzimi haqqında” və digər qanunlara dəyişikliklərin edilməsi də müsbət qarşılanmış və layihələrin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.