Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regionlararası əməkdaşlığın mütəmadi inkişafı Rusiya və Azərbaycan xalqlarının mənafelərinə uyğundur

Bakı, 7 iyun (AZƏRTAC). Azərbaycanda ta qədimdən belə bir fikir mövcuddur ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Günbəgün genişlənən Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin iqtisadiyyatının dinamik artımı fonunda buna əyani sübutdur. Ölkələrimizin münasibətləri çoxəsrlik tarixə malikdir. Həm geosiyasi mövqe, həm də vaxtilə bir dövlətdə yaşamağımız xalqlarımızı həmişəlik bir-birinə bağlamışdır. SSRİ dağılandan sonrakı ilk illərdə ölkələrimizin münasibətləri üzərinə düşən kölgə 2000-ci ildən başlayaraq yoxa çəkilmiş, öz yerini möhkəm dostluq, tərəfdaşlıq münasibətlərinə vermiş, indi isə bu münasibətlər strateji tərəfdaşlıq müstəvisinə keçmişdir. Belə ki, Azərbaycan ilə Rusiya arasında bir sıra enerji sazişləri bağlanmışdır, iki ölkə arasında əmtəə dövriyyəsi durmadan artır. Lakin heç şübhəsiz, ikitərəfli münasibətlərin əsas tənzimləyicisi xalqlarımızın qarşılıqlı əlaqələrinin bir sıra mühüm aspektlərini ehtiva edən humanitar əməkdaşlıqdır. Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan onun Rusiya ilə münasibətləri ən yüksək səviyyədədir. 

İki ölkənin prezidentlərinin - İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi ilə bu günlərdə Volqoqradda keçirilmiş Dördüncü “Rusiya-Azərbaycan: regionlararası dialoq-2013” forumunun yekunları da buna sübutdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunda qeyd edilir ki, qısa müddətdə forum regionlararası əməkdaşlığın aktual məsələlərinin müzakirəsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradan birgə təklif və qərarlar hazırlanması üçün səmərəli bir məkana çevrilmişdir.

Məktubda deyilir: “Bir məqam dərin rəmzi məna daşıyır ki, bu dəfə görüş yeri kimi cari ildə Stalinqrad ətrafında qələbənin 70 illiyini qeyd etmiş Volqoqrad şəhəri seçilmişdir. Axı faşist Almaniyasını ölkənin içərilərinə soxulmaq, o cümlədən silahlı qüvvələrin döyüş qabiliyyətinin təmin edilməsində mühüm rol oynayan Bakı neftini ələ keçirmək imkanından məhrum etmiş, bununla da bütün müharibənin gedişini dəyişmiş ən şiddətli döyüşlər məhz bu ərazidə gedirdi. O müharibə illərində xalqlarımızın qismətinə düşmüş ağır sınaqlardan birlikdə çıxdıq”.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrikində deyilir: “Regionlararası əməkdaşlıq konstruktiv tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafının mühüm amilidir. Rusiya və Azərbaycan regionlarının fəal əlaqələri, onların energetika, nəqliyyat, təhsil, informasiya və kütləvi kommunikasiyalar sahəsində müştərək layihələr həyata keçirməsi milli iqtisadiyyatların potensialının daha tam üzə çıxarılmasına şərait yaradır. Bu cür əlaqələr həm də xalqlarımız arasında qarşılıqlı etimadın və anlaşmanın dərinləşməsi üçün çox vacibdir”. Beləliklə, hər iki prezident həmrəylik nümayiş etdirərək qarşılıqlı anlaşmanın dərinləşməsinə sanballı töhfə vermək, ikitərəfli əlaqələri daha da möhkəmlətmək məqsədilə forum iştirakçılarını işgüzar və konstruktiv dialoq aparmağa çağırmışlar.

Forumun işində iştirak etmək üçün Azərbaycandan Volqoqrada gəlmiş nüfuzlu nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin əməkdaşları, parlamentin deputatları, nazirlik, baş idarə və digər dövlət müəssisələrinin rəhbər işçiləri, yerli icra hakimiyyətlərinin başçıları, habelə işgüzar dairələrin və KİV-lərin nümayəndələri daxil idi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumun açılışında giriş nitqi söyləmişdir. O, qeyd etmişdir ki, Azərbaycanın xarici iqtisadi siyasətinin prioritetlərindən biri Rusiya ilə iqtisadi münasibətlərin inkişaf etdirilməsi və onların səmərəsinin artırılmasıdır. Əli Həsənov demişdir: “Rusiya Azərbaycanın əsas və prioritet ticari-iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında tərəfdaşlıq əlaqələri ardıcıl inkişaf edən investisiya əməkdaşlığında da öz əksini tapır. Respublikada 500-ə yaxın Rusiya müəssisə və təşkilatı vardır. Onların uğurlu fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Təkcə siyasi və iqtisadi sahələrdə deyil, humanitar sahədə də ikitərəfli əməkdaşlıq ilbəil möhkəmlənir”.

İctimai-siyasi məsələlər şöbəsinin müdiri Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlıq məsələsinə də toxunaraq qeyd etmişdir ki, bu əməkdaşlıq ikitərəfli münasibətlərin bütün spektrinə müsbət təsir göstərir. Bu gün RF-nin 70-dən çox subyekti Azərbaycan ilə xarici iqtisadi əlaqələrə cəlb edilmiş, onların bəziləri ilə Azərbaycan arasında hökumətlərarası sazişlər imzalanmışdır.

Rusiya-Azərbaycan forumu çərçivəsində keçirilən seksiya iclaslarında iqtisadiyyat və regionlararası əlaqələr, Xəzərdə təhlükəsizlik məsələləri, energetika və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət, habelə gənclər siyasəti və humanitar sahədə müştərək layihələr əsas müzakirə mövzuları olmuşdur.

Altı müxtəlif diskussiya məkanında Rusiya və Azərbaycan prezidentlərinin administrasiyaları ilə birlikdə Volqoqrad vilayət hökumətinin müzakirələri dəyirmi masa formatında keçirilmişdir. Bu söhbətlərdə hər iki ölkənin aparıcı alim və ekspertləri, Volqoqrad ali məktəblərinin müəllimləri, ictimai təşkilatların fəalları, sənayeçilər və iş adamları, habelə dövlət hakimiyyəti orqanlarının rəhbərləri iştirak etmişdir. Onlar qarşılıqlı maraq doğuran geniş əhatəli məsələləri müzakirə etmişlər. Məsələn, regionlararası əməkdaşlığa həsr edilmiş seksiyada söhbət investisiyalar və ticarət barədə olmuşdur.

İqtisadi məsələlərə həsr edilmiş dəyirmi masada müxtəlif işgüzar təşəbbüslər müzakirə olunmuşdur. Volqoqrad vilayətinin hökuməti öz investisiya paketini təqdim edərək xüsusi vurğulamışdır ki, regionun rəhbərliyi bu layihələrin həyata keçirilməsi üçün maksimum əlverişli şərait yaradılmasına təminat verir.

Humanitar əməkdaşlığın da perspektivli olması təsdiqlənmişdir. Məsələn, tematik seksiyaların birində Azərbaycan alimləri rus dilinin öyrənilməsi problemini önə çəkmişlər. Azərbaycanda orta və ali məktəblərin əksəriyyətində bu fənn öyrənilir, lakin vahid tədris metodikası yoxdur və burada rusiyalı həmkarların köməyinə ehtiyac duyulur.

Digər dəyirmi masa məkanında gənclər siyasəti diqqət mərkəzində olmuşdur. Burada Volqoqrad və Azərbaycan tərəfləri müvafiq profilli növbəli düşərgə təşkil olunmasında iştirak etmək barədə razılığa gəlmişlər. Həmin düşərgələrə müxtəlif millətlərə mənsub olan uşaqlar göndəriləcəkdir.

Dəyirmi masalar zamanı iki dövlətin energetika və nəqliyyat kommunikasiyaları sahəsində qarşılıqlı fəaliyyəti, habelə Xəzər regionunda sabitliyin təmin edilməsi problemləri də diskussiya mövzusu olmuşdur.

İyunun 5-də dördüncü “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” forumu çərçivəsində Volqoqraddakı Həlak olmuş Döyüşçülər Meydanında “Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri” mövzusunda sərgi açılmışdır. Sərgidə Azərbaycanın, Rusiya regionlarının və Volqoqrad vilayətinin ekspozisiyaları nümayiş etdirilirdi.

Volqoqrad vilayəti hökumətinin sədri Oleq Kirsanov demişdir ki, sərgidə vilayətin bütün nailiyyətləri təmsil olunmuşdur. O.Kirsanov “Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri” sərgisi ilə tanış olduqdan sonra jurnalistlərə verdiyi müsahibəsində demişdir: “Şübhəsiz, bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Bu yaxın qonşumuzla ənənəvi əlaqələrimiz qədim tarixə malikdir. Bu gün azərbaycanlı həmkarlarımızın timsalında layiqli işgüzar tərəfdaş görürük və qarşılıqlı əməkdaşlığa yol açırıq. Azərbaycanda investisiya kapitalı çox böyükdür və güman edirəm ki, müəyyən şərtlərlə həmin kapital bizim Volqoqrad torpağına da gələcəkdir”.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev sərginin açılışında çıxış edərək bildirmişdir ki, burada respublikanın hazırkı nailiyyətləri ilə yanaşı, gələcək layihələr də nümayiş etdirilir. Ş.Mustafayev Azərbaycan hökumətinin “Ağ şəhər” yaratmaq planları barədə söhbət açaraq demişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, zaman gələcək, Azərbaycan dünyaya günəş kimi açılacaqdır. Qara şəhər Ağ şəhərə çevriləcəkdir. Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və öz sərvətlərini artırır”.

Volqoqrad vilayət Dumasının sədri Vladimir Yefimov Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək demişdir: “Biz gələcəkdə birgə işləməyə və investisiya siyasətində etibarlı tərəfdaşlara ümid edirik. Volqoqrad kifayət qədər rəqabətə davamlı regiondur. Azərbaycanla ixrac-idxal sahəsində əməkdaşlıq bizi maraqlandırır. “Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri” sərgisində bizim kənd təsərrüfatı sahəsində və neft-qaz sənayesində nailiyyətlərimiz təmsil olunmuşdur. Volqoqradda neft sahəsi üçün xüsusi avadanlıq istehsal edən müəssisələr vardır. Biz ölkələrimizin - Rusiyanın və Azərbaycanın gələcəyi naminə investisiyalar və müştərək iş üçün hazırıq”.

Forum çərçivəsində “Bakı” dostluq parkının təntənəli təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla Azərbaycanın nüfuzlu nümayəndə heyəti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Volqoqrad vilayəti hökumətinin nümayəndələri iştirak etmişlər.

Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov mərasimi açaraq demişdir: “Bu gün biz beynəlxalq əməkdaşlığımızın daha bir təməlini qoyuruq”. Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov isə mərasim iştirakçıları qarşısında çıxışında qeyd etmişdir ki, gələcək nəsillərə ünvanlanmış müraciətin yerləşdiyi xatirə kapsulunun bu parkın təməlinə qoyulması Rusiya-Azərbaycan dostluğunun sarsılmazlığının rəmzi olacaqdır. V.Çernovun sözlərinə görə, bu cür obyektlərin tikintisi xeyirxah və yaxşı bir ənənəyə çevrilir. V.Çernov xatırlatmışdır ki, keçən il Həştərxanda Rusiya-Azərbaycan dostluq körpüsü açılmışdır. O, Heydər Əliyev Fonduna, Volqoqrad vilayətinin Azərbaycan diasporuna, bu cür mühüm və nəcib təşəbbüsləri reallaşdıran insanların hamısına təşəkkürünü bildirmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz çıxışında qeyd etmişdir ki, Dostluq parkının inşa edilməsi barədə razılıq bu il aprelin əvvəlində Azərbaycan nümayəndə heyətinin Volqoqrada səfəri zamanı əldə edilmişdir. Ə.Həsənov demişdir: “Əminəm ki, əsrlər boyu sülh və həmrəylik şəraitində yaşamış xalqlarımız, ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi olan bu park Volqoqrad sakinlərinin sevimli və mənzərəli yerlərindən biri olacaqdır... Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasət sayəsində Rusiya-Azərbaycan ikitərəfli münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizi dərinləşdirmək və genişləndirmək yolu ilə irəliləyəcəyik”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Volqoqrad tərəfə qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu gün təkcə Volqoqradda yaşayan azərbaycanlılar üçün deyil, Rusiyada yaşayan bütün azərbaycanlılar üçün bayramdır. Səfir arzulamışdır ki, həmin parka gələcək gənclər həmişə bizim dostluğumuzu yadda saxlasınlar və bu dostluğu növbəti nəsillərə çatdırsınlar.

Əli Həsənovun və Vladimir Çernovun imzası ilə gələcək nəsillərə ünvanlanmış müraciətdə deyilir: “Biz - forum iştirakçıları və Volqoqrad sakinləri əminik ki, gələcək park təkcə şəhərlər arasında deyil, həm də dövlətlərimiz arasında dostluğun rəmzi olacaqdır. Bu park bizim birgə səylərimizlə salındığı kimi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının üzləşdiyi bütün təhdidləri gələcək nəsillər naminə birlikdə dəf edəcəyik. Biz bu kapsulu parkın təməlinə qoymaqla ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi yolu ilə bundan sonra da irəliləmək niyyətində olmağımızı təsdiqləyirik”. Parkın inşasının başlanması rəmzi olan, gələcək nəsillərə müraciətin qoyulduğu kapsul yeni parkın bünövrəsinə qoyulmuşdur.

Dördüncü Rusiya-Azərbaycan forumunun işi çərçivəsində plenar iclas zamanı iki müqavilə imzalanmışdır:

Rusiya Federasiyasının vahid elektrik sisteminin və Azərbaycan Respublikasının vahid enerji sisteminin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Saziş və Azərbaycan Respublikası hökuməti ilə Volqoqrad vilayəti Hökuməti (Rusiya Federasiyası) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş.

RF energetika nazirinin müavini Anton İnyutsın yeni sazişi şərh edərək demişdir: “Rusiya və Azərbaycan öz enerji sistemlərinin etibarlılığını və səmərəliliyini yeni səviyyəyə çatdırmışlar”. Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev demişdir: “Biz qəza hallarında bir-birimizə kömək göstərməyi öhdəyə götürdük, enerji tranzitinə görə və qiymət siyasəti məsələlərinin həlli üzrə məsul şəxsləri dəqiq müəyyən etdik”. Tərəflərin fikrincə, imzalanmış saziş vahid sərhədyanı texnoloji siyasət yeritməyə və birgə işi tənzimləməyə imkan verəcəkdir.

Volqoqrad vilayəti hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin imzalanması da forumun mühüm hadisəsi olmuşdur. Ekspertlərin fikrincə, bu saziş tərəflər üçün yeni işgüzar perspektivlər açır. Qubernator Sergey Bojenov bu hadisəni şərh edərək demişdir: “Bizdə əmtəə dövriyyəsi yaxşı nizamlanmışdır. Biz onun həcmini artıracağıq. Bundan əlavə, Volqoqrad müəssisələri öz satış bazarlarını genişləndirmək və deməli, istehsalı artırmaq, yeni iş yerləri yaratmaq, büdcəyə ayırmaları çoxaltmaq imkanı əldə edəcəklər”.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin fikrincə, Volqoqrad vilayətində iqtisadi baxımdan maraq doğuran sahələr çoxdur. Məsələn, aqrar sənaye kompleksi, kənd təsərrüfatı texnikası istehsalı, logistika və daşımalar, neft maşınqayırma sahələri xüsusi maraq doğurur. Bundan əlavə, Azərbaycan Volqoqrad regionu ilə kiçik və orta biznes səviyyəsində işgüzar əlaqələri fəal inkişaf etdirmək niyyətindədir.

Forumun sonunda Dördüncü “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” forumunun iştirakçılarının yekun bəyanatı qəbul edilmişdir. Bu sənəddə forum iştirakçıları regionlararası əməkdaşlığın durmadan inkişaf etdirilməsinin Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğun olmasına, xalqlar arasında etimadın möhkəmlənməsinə və qarşılıqlı yaxınlaşmaya xidmət etməsinə əmin olduqlarını bildirmiş və Rusiya-Azərbaycan dialoqunun inkişafına imkanları daxilində töhfə verməyə hazır olduqlarını təsdiq etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib