Rektor: Süni intellekt həyatımızın ayrılmaz parçasına çevrilməkdədir
Bakı, 11 aprel, AZƏRTAC
Süni intellekt və incəsənət - bu iki sahənin inkişafı və bir-birinə təsiri şübhəsiz ki, yaradıcı ictimaiyyəti maraqlandıran, düşündürən və gələcəkdə incəsənət sahəsinə nə kimi təsir edəcək baxımından narahat edən məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, süni intellekt (AI) həyatımızın ayrılmaz parçasına çevrilməkdədir. “Başqa sahələrdə olduğu kimi, yaradıcılıq prosesinə də AI getdikcə daha böyük təsir göstərməkdədir. Əvvəllər maşınların musiqi bəstələmək və ya rəsm əsəri yaratmaq bacarığı bizə xülya kimi görünürdüsə, artıq XXI əsrdə bu reallığa çevrilib. AI nəinki qarşımıza çıxan suallara ani olaraq cavab verir, gündəlik işləri avtomatlaşdırır, həm də yaradıcılıq prosesində fəal iştirak edir, beləliklə, musiqiçilər, yazıçılar, rəssamlar və digər yaradıcı insanlar üçün yeni üfüqlər açır.
2023-cü ildən başlayaraq ADMİU-da biz AI və incəsənət mövzusu ilə bilavasitə maraqlanmağa başladıq”.