Rəngkarlıq Muzeyində növbəti mühazirə feminist arxeologiyasına həsr olunacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də XXI əsr Azərbaycan Rəngkarlıq Muzeyində arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadənin “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” mühazirəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mühazirədə paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu, anaxaqanlıq, tanrı və ilahələrin semantikası haqqında bəhs ediləcək. Həmçinin Venera heykəlciklərinin tarixdəki yeri, bu mövzu ilə bağlı elmi müzakirələrin nədən ibarət olduğundan danışılacaq, hipotez və paradiqmalar təhlil ediləcək.
Azərbaycan dilində aparılacaq mühazirədə hər kəsin iştirak etmək imkanı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]