Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mahmudov: Tarixi Zəfərimiz Azərbaycanın gücü və xalqımızın birliyi ilə əldə edilib

Rəşad Mahmudov: Tarixi Zəfərimiz Azərbaycanın gücü və xalqımızın birliyi ilə əldə edilib

Bakı, 4 noyabr, AZƏRTAC

Təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı əzəli torpaqlarımızın azad olunmasından bir il ötür. Xalqımızın tarixinə möhtəşəm Zəfər Günü kimi qızıl hərflərlə yazılan 8 Noyabr bayramı ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdəlik fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun güc-qüdrətinin, döyüş ruhunun məntiqi nəticəsidir. Bu, eyni zamanda, bütün dünyaya xalqımızın torpaq-yurd sevgisinin, haqq-ədalət uğrunda mübarizə əzminin, yumruq kimi bir olmağının, milli birliyinin nümayişinin təsdiqinə çevrildiyi gündür. Bu, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığını təsdiqləyən 44 günlük qəhrəmanlıq salnaməsinin parlaq ifadəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudov söyləyib.

O deyib: “Bu Qələbənin əsasında xalqımızın əzmkarlığı, əminliyi dayanırdı. Hər bir vətəndaşımız müharibənin ilk günündən Ordumuzun döyüşü zəfərlə başa vuracağına inanırdı. Ona görə ki, əvvəla bu əminlik haqdan, ədalətdən qaynaqlanırdı. Çünki erməni faşizmi varlığının mövcud olduğu uzun bir dövrdə havadarlarının dəstəyi ilə torpaqlarımıza sahiblənmişdi.

Ermənilər düşmənçilik siyasətini 200 ildən çoxdur ki, aparır. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq indiyədək erməni təxribatları davam edir. Düşmən məskunlaşdığı ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit ərazilərimizi ələ keçirməyə çalışıb, azərbaycanlıların əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində isə soydaşlarımız sıxışdırılıb”.

Rəşad Mahmudov bildirib ki, soydaşlarımıza qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam edib. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən qəsbkarlar 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illərdə isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin dövrdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə-yeksan edilib.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də həyata keçirilib. Belə ki, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. Nəhayət, 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan didərgin salınaraq Ermənistan monoetnik dövlətə çevrilib.

Düşmən ötən əsrin 90-cı illərinin əvvəllərində isə ərazimizin daha 20 faizini qəsb edərək, insanları doğma yurd-yuvalarından didərgin saldı.

Rəşad Mahmudov, həmçinin bildirib ki, xalqımız, eləcə də hər bir keçmiş məcburi köçkün 30 ilə yaxın bir müddətdə düşmənin amansızlığını, törətdiyi vəhşiliyi unutmurdu, qisasın qiyamətə qalmayacağını yaxşı bilirdi. Doğma torpaqlarından zülmlə qovulan soydaşlarımız mənəvi əzab içində yaşasalar da, gələcəyə ümidlə baxır, Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyəti, müdrik siyasəti sayəsində Ordumuzun parlaq qələbəsi ilə illərlə ürəklərində gəzdirdikləri istəklərinə qovuşacaqlarına, Vətən həsrətinə son qoyulacağı günü görəcəklərinə inanırdılar. Dövlətimizin başçısı İlham Əliyev də insanların yurda qayıdış arzusundakı qətiyyətə əsaslanaraq Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbədən sonrakı çıxışlarının birində deyirdi: “Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir”.

Vətən müharibəsində parlaq Qələbəmizi şərtləndirən amilləri xatırladan deputat deyib: “Bu, döyüşlərdə misilsiz qəhrəmanlıqlar nümayiş etdirən hərbçilərimizin Vətən məhəbbəti ilə bağlıdır. Yüksək vətənpərvərlik ruhu, torpağa, dövlətə sonsuz sevgilərlə savaşa atılan gənc əsgər və zabitlərimiz üçün Qarabağ, sadəcə, torpaq demək deyildi. Onlar həm də Qarabağın xalqımızın ləyaqəti, şərəfi, taleyi olduğunu yaxşı bilirdilər. Ona görə də Ordumuz bu hisslə, bu yanğı ilə 44 gün ərzində mərdliklə döyüşdü, misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi. Füzuli uğrunda savaşda əsgər və zabitlərimiz tərəfindən istilaçının 30 il ərzində qurduğu istehkamların böyük peşəkarlıqla dağıdılması, yüksəkliklərdə düşmən maneələrinin şücaətlə yarılması, Şuşa qayalıqlarını cəsarətlə dırmaşaraq bu qədim şəhərimizdən erməni faşistlərinin süngü ilə qovulması bunun bariz ifadəsi idi”.

Rəşad Mahmudov söhbətində bir məqamı da diqqətə çatdırıb: “Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsindəki Qələbəmizdə döyüşçülərimizin vətənpərvərlik ruhunun son dərəcə yüksək olması ilə bərabər, silahlı qüvvələrin güc-qüdrəti də önəmli rol oynadı. Çünki Ordumuz ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilmişdi. Silahlı qüvvələrimizin hərbi-texniki və döyüş hazırlığı ən yüksək səviyyədə idi. Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək kimi mühüm vəzifəni uğurla gerçəkləşdirmişdi.

Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətindədir”.

Deputat sonda vurğulayıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə əsgər və zabitlərimiz 44 gün ərzində cəbhədə necə uğurlar əldə etmişlərsə, hansı qəhrəmanlıqlar, igidliklər göstərmişlərsə, erməni faşizminin torpaqlarımıza vurduğu dərin yaraların da eləcə sürətlə sağaldılacağına, bu istiqamətdə önəmli nəticələrə nail olunacağına hazırda heç kim şübhə etmir. Qarabağın və Şərqi Zəngəzurun uğurla bərpa olunmasına, dünyanın ən gözəl, yaraşıqlı məkanlarından biri kimi tanınmasına hamı ürəkdən inanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

AZAL Atırauya ilk reysini həyata keçirib

Tramp Hörmüz boğazında ABŞ-nin səylərinə mane olarsa, Omana hücum edəcəyini açıqlayıb

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır

Şuşanın Kiçik Qaladərəsi kəndinə köçən 11 ailəyə mənzillərin açarları təqdim edilib

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Dövlət orqanlarında 847 vakant inzibati vəzifənin tutulması üçün müsahibə elan edilib

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan ŞƏRH

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib

Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb

Türkiyə vətəndaşı uşaq ölümlərinə diqqəti cəlb etmək üçün 730 kilometr yolu piyada gedəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 33 faizi ötüb

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13,3 milyard kubmetr qaz ixrac edilib

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq

“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır

® Aylıq 1 faizdən başlayan “Lombard” krediti

ANAMA: Ötən həftə 132 mina aşkarlanaraq zərərsizləşdirilib

Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir

Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir

Yaxın iki gündə hava əsasən yağmursuz keçəcək - Açıqlama

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur ŞƏRH

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi təhlükəsizlik arxitekturasının əsasını təşkil edir- ŞƏRH

Məlahət Abbasova Türkiyənin Film-San teatr mükafatının münsiflər heyətinə seçilib

Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb

Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam

“Sumqayıt”ın kapitanı əməliyyat olunub

“Nestle” arıqlama preparatlarından istifadə edən istehlakçılar üçün yeni məhsullar hazırlamağı planlaşdırır

Şəhid ailələri Qarabağa səfər ediblər

“İmişli” gənc futbolçusu ilə vidalaşıb

“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub

Güneyxırman və Quzeyxırman kəndlərinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

Bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb

Komitə sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 58 faizə yüksəlib

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

Bu ilin yanvar-iyul aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4963 cinayət faktı aşkarlanıb

Azərbaycan U-15 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb

Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur

Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Mütəxəssis izah edir

“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır

Cavid İsmayılov: NDU-da yeni yataqxana kompleksinin tikintisi tələbələrin sosial rifahını yaxşılaşdıracaq

Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır

Sabah hava əsasən yağmursuz keçəcək

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək VİDEO

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək VİDEO

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir

“Rheinmetall” Almaniya ordusu üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Siyəzəndə restoran yanıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

“Gəncə” yerli basketbolçu transfer edib

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub

“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci legioner

Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında növbəti qələbəsini qazanıb

Ben Şelton “Masters” seriyalı turnirdə çıxışını başa vurub

Baş prokuror Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Ekspert: Azərbaycanda kənar dövlət maliyyə nəzarəti rəqəmsallaşdırılır

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

Onqat Avropa çempionu: İllərin təcrübəsi və düzgün hazırlıq öz sözünü dedi - MÜSAHİBƏ

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

Ötən ay əlilliyə görə pensiya alanların sayı açıqlanıb

Azərbaycan millisinin basketbolçusu “Neftçi”yə keçib

“Yuventus” Kolumbiya millisinin futbolçusunu transfer edib

“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub

Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb

BŞTİ: Yeni təmayül tədris modelinə peşəkar müəllimlər seçilir

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

® “Bir”in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub