Rəsədxana əməkdaşının kitabı xaricdə nəşr olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Planetlər və kiçik səma cisimləri şöbəsinin elmi işçisi dosent Fazil İsmayılovun “Görüntülərin kosmik monitorinqi” adlı kitabı “LAMBERT Academic Publishing” nəşriyyatında çap olunub.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Kitabda peyk və peykaltı optik məlumatlar əsasında ilk dəfə Qafqaz-Xəzər regionunun təbii mühitinin regional kosmik monitorinqi üsulları və alqoritmləri verilir.
Nəşr regional səviyyədə kosmik monitorinq və ətraf mühitin dəyişkənliyinin vəziyyətinə nəzarət ilə məşğul olan tədqiqatçılar, doktorantlar və universitet tələbələri üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]