ELM VƏ TƏHSİL
Rəsədxana: Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib
![](/files/galleryphoto/2024/1/1200x630/17119684941311644034_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1711968494251514894_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17119684941637414883_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/171196849458731284_1200x630.jpg)
Bakı, 1 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib. Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb.
Hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir. Kp indeksi 3.3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir.
Proqnoz günlərində (1-7 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.
Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsirı ilə geomaqnit sahəsinin aprelin 4-dək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır.