Respublika QİÇS-lə Mübarizə Mərkəzi maarifləndirici aksiya keçirib
Bakı, 11 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici aksiyası keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, “Park Bulvar” ticarət mərkəzində yaradılan guşədə QİÇS-lə Mübarizə Mərkəzinin təcrübəli həkimləri tərəfindən sağlamlığa ciddi təhlükə olan insanın immunçatışmazlığı virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə geniş məlumat verilib.
Aksiya çərçivəsində vətəndaşların ünvanladığı fərdi suallar cavablandırılıb, onların ödənişsiz və anonim qaydada İİV-ə ekspress-testdən keçməsi üçün imkan yaradılıb. Eyni zamanda, İİV/QİÇS-ə aid məlumatlandırıcı broşürlar və bukletlər paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]