RESPUBLİKAMIZIN MALİYYƏ NAZİRİ BRÜSSELƏ YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Maliyyə naziri Əvəz Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 12-də Belçika Krallığının Brüssel şəhərinə yola düşmüşdür.
Maliyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı nümayəndə heyəti Avropa Komissiyasının Ərzaq Təhlükəsizliyi Departamentinin və onun MDB və Mərkəzi Asiya ölkələri üzrə Proqramının rəhbərləri ilə bir sıra görüşlər keçirəcək, Azərbaycan Respublikası üçün 2002-ci il Proqramına uyğun olaraq nəzərdə tutulmuş qrantın ikinci tranşının alınması prosesini sürətləndirmək və 2003-2004-cü illərdə ölkəmizə yeni qrantların ayrılması perspektivləri ətrafında danışıqlar aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]