Rəvan Həsənov: Azərbaycanda xristian irsi yüksək səviyyədə qorunur və öyrənilir


Vatikan, 10 aprel, AZƏRTAC
Qafqaz Albaniyası irsinin öyrənilməsinə xüsusi diqqət yetiririk. Bunun bir neçə səbəbi var. Azərbaycan müsəlman ölkəsi kimi tanınır. Çünki Azərbaycan əhalisinin təxminən 95 faizi İslam dininə mənsubdur, lakin Azərbaycanda multikulturalizm dəyərləri və tolerantlıq yüksək səviyyədədir. Azərbaycanda İslam irsi ilə yanaşı, zəngin xristian irsi də var və bu, yüksək səviyyədə qorunur, öyrənilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransın açılış mərasimində deyib. O qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətində bütün dinlərin nümayəndələri dini inanclarını sərbəst şəkildə yaşaya bilirlər.
“Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda biz mədəni və dini müxtəlifliyi qoruyub saxlayırıq”, - deyə Rəvan Həsənov vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [20:35]
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub
- 17.04.2025 [18:25]
FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb
- 17.04.2025 [17:54]
Sloveniya nümayəndə heyəti Bakı DOST Mərkəzinin fəaliyyəti ilə tanış olub
- 17.04.2025 [16:08]
Güclü külək nəticəsində paytaxtda 368 ağac sınıb, 55-i zədələnib
- 17.04.2025 [15:59]