“Rheinmetall” konserni Ukraynaya mobil səhra hospitalı göndərib
Bakı, 12 sentyabr, AZƏRTAC
Almaniyanın “Rheinmetall” müdafiə konserni Kiyevə 32 çarpayılıq mobil səhra hospitalı göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat kompaniyanın saytında yerləşdirilib.
Almaniya Müdafiə Nazirliyi Ukraynada hospitalın qurulması və müvafiq dəstək üçün “Rheinmetall” konserni ilə müqaviləni bir il öncə, 2022-ci ilin sentyabrında imzalamışdı. Sifarişin dəyəri təxminən 9 milyon avrodur. Həmçinin kompaniya 2023-cü ilin sonunda və 2024-cü ilin əvvəlində Kiyevə iki ədəd mobil tibbi təminat obyekti tədarük edəcək.
Avqustun 23-də AFR-in xarici işlər naziri Annalena Berbok “Krım platforması” forumunun iştirakçılarına müraciətində Rusiyanın Ukraynaya təcavüzünün başladığı vaxtdan bəri Almaniyanın Kiyevə 22 milyard avrodan çox yardım etdiyini bildirib. Onun sözlərinə görə, Berlin Kiyevə dəstəyi nə qədər lazımdırsa, bir o qədər davam etdirəcək.
Qeyd edək ki, Almaniya Ukraynaya silah tədarükündə ABŞ-dan sonra ikinci yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]