Robert Sekuta: Qlobal Bakı Forumu vaksinasiya problemlərinin həllinə kömək edəcək
Bakı, Səlim Rəhimzadə, 4 noyabr, AZƏRTAC
Qlobal Bakı Forumu qeyri-bərabər vaksinasiya probleminin həlli yollarının tapılmasına kömək edəcək.
Bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun iştirakçısı olan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, forumda sabiq prezidentlər və baş nazirlər, nüfuzlu diplomatlar, müxtəlif sahələr üzrə ekspertlər bir araya gələrək üzləşdiyimiz başlıca problemləri müzakirə edirlər. “Biz COVID-19-dan sonrakı dünya haqqında danışırıq. Bizim səhiyyə ilə bağlı problemlərimiz var, iqtisadiyyatda, neft və qazın tədarükündə bəzi qüsurlar mövcuddur. ABŞ-da vaksin kifayət qədərdir, amma Afrikada yalnız üç faiz əhali tam peyvəndlənib. Bunlar həll edilməli olan ciddi problemlərdir və bu platforma bu məsələdə həll yollarını tapmaqda kömək edəcək”, - deyə sabiq səfir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]