Azərbaycan Dövlət İnformasiya Agentliyi

Robert Zapadinski: “Yeni görüşlərədək, Bakı!”

Robert Zapadinski: “Yeni görüşlərədək, Bakı!” Kişineu, 17 oktyabr, Zeynal Ağazadə, AZƏRTAC

IV Beynəlxalq Humanitar Forumun işində iştirak etmiş Moldova nümayəndə heyətinin tərkibində “Kommersant İnfo” adlı həftəlik müstəqil informasiya-analitik jurnalın təsisçisi, baş redaktoru Robert Zapadinski də olub. AZƏRTAC-ın Kişineudakı xüsusi müxbiri Moldovanın populyar və nüfuzlu nəşrinin rəhbərindən forum haqqında öz təəssüratlarını bölüşməsini xahiş edib.

Robert Lvoviç öz müsahibəsinə bu sözlərlə başlayıb: “Konfransın vüsəti, qarşıya qoyulmuş vəzifələrin aktuallığı və dərinliyi, mübaliğəsiz demək olar ki, gözəl təsir bağışladı. Bakı forumlarının başlıca məqsədi bütün bəşəriyyəti düşündürən geniş məsələlər barədə dialoqdur. Buna görə də Bakıya dünyanın siyasi, mədəni və elmi elitalarının nümayəndələri gəlirlər. Onların apardıqları iş nəticəsində hər il beynəlxalq təşkilatlara və dövlət rəhbərlərinə tövsiyələr verilir”.

O xatırladır ki, bu dəfə Moldova Respublikasını (MR) tədbirdə MR-in Azərbaycandakı keçmiş səfiri, iqtisad elmləri doktoru, professor İon Robu, MR-in parlament vəkili Aureliya Qriqoriu, UNESCO-nun işləri üzrə Moldova Milli Komissiyasının baş katibi, bəstəkar Konstantin Rusnak və onun müavini Luminitsa Drumya, yazıçı və naşir İon Manaskurte və bir də o özü təmsil edirdilər.

R.Zapadinski qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev foruma xüsusi ahəng verdi. O, öz sanballı və hərtərəfli çıxışında humanitar xarakterli konseptual problemlərə daha çox diqqət yetirdi, bu problemləri planetin indiki mürəkkəb iqtisadi vəziyyəti ilə əlaqələndirdi. Bu, forum iştirakçılarının bütün bəşəriyyətin qarşısında duran və maksimum qısa müddətdə həllini tələb edən kəskin, mühüm vəzifələri səmərəli, ətraflı müzakirə etməsinə imkan verdi. İctimai-siyasi həyatın tibb, təhsil, iqtisadiyyat, elm və mədəniyyət kimi sahələrindəki problemlər müzakirə olundu. Mütəxəssislər konstruktiv qərarlar təklif etdi, tövsiyələr hazırladılar.

O, söhbət zamanı bildirib ki, konfransda qəbul edilmiş sənədlər, bütün “dəyirmi masa” iclaslarının materialları dünyanın 60 dövlətinin KİV-lərində dərc olunub, habelə internetdə verilib və laqeyd olmayan, sosial cəhətdən hər bir aktiv insan onlarla tanış ola bilər.

Moldovanın həftəlik jurnalının baş redaktoru deyib: “Bizim peşəkar jurnalist “dəyirmi masamız” və onun iştirakçıları - Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) baş katibi, İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, Milli Məclisin deputatı, yazıçı və publisist Elmira Axundova, Macarıstanın nüfuzlu və populyar “Jobbik” partiyasının mətbuat xidmətinin rəhbəri Georgina Bernat və bir çox başqaları məndə çox böyük maraq oyadıblar. Biz müasir dünyada yaranan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində jurnalistika problemlərini müzakirə etdik. Müasir kütləvi medianın məqsəd və vəzifələri barədə “dəyirmi masa” iştirakçılarının və deməli, dünyanın müxtəlif dövlətlərinin nümayəndələrinin baxışları heç də tam üst-üstə düşmürdü. Əsas mövzuya - cəmiyyətin maraq göstərdiyi və planetin bütün ölkələrinin hakimiyyət orqanlarının maraq göstərməli olduqları KİV-lərin müstəqilliyi məsələsinə gəldikdə isə, burada simpoziumun bütün iştirakçıları həmrəy idilər.

Robert Zapadinski deyib: “Prezident İlham Əliyev ilə şəxsən görüşməyim mənim üçün gözlənilməz sürpriz oldu. Mən redaksiyamızın “Novıy Azerbaydjan” qəzetinin məhz forum üçün hazırladığı buraxılışını ölkənizin liderinə əlbəəl təqdim etdim. Bu əlvan informasiya tutumlu nömrə həyatın demək olar ki, bütün sahələrində Azərbaycanın qazandığı ciddi nailiyyətlərdən bəhs edir. Cənab İlham Əliyev Moldovada və regionumuzda Azərbaycanın imicinin yüksəldilməsi barədə kreativ qərarına görə redaksiyanın kollektivinə minnətdarlığını bildirdi”.

O daha sonra öz fikirlərini bölüşərək deyib: “Ölkənin və xüsusən də onun paytaxtı Bakının imici isə adamı heyrətə salır. Bütün istiqamətlərdə dəyişikliklərin vüsəti göstərir ki, ölkə daim quruculuq ritmində yaşayır. Gözəl yollar, ən müasir, hətta “kosmik” arxitektura, təkcə zamanla ayaqlaşmaq deyil, onu qabaqlamaq, eyni zamanda milli özünəməxsusluğu qoruyub saxlamaq səyi, insanların öz tarixinə və mədəniyyətinə qayğıkeş münasibəti Azərbaycan xalqına və ölkəni müdrikcəsinə, səmərəli idarə edən Prezident İlham Əliyev başda olmaqla onun rəhbərliyinə həqiqi ehtiramı artırır”.

Moldova jurnalisti sözünü davam etdirərək deyib: “Qeyd etmək istəyirəm ki, Bakı turistlər üçün təşviqat mənzərəsi deyil. Gözəl müasir evlər və mehmanxanalar, yeni salınmış hamar yollar - təkcə paytaxtda deyil, həm də ölkəni gəzərkən ucqar yerlərdə də belə mənzərə ilə qarşılaşdıq”.

R.Zapadinski deyib: “Azərbaycanlılar da moldavanlar kimi çox mehriban və qonaqpərvərdirlər. Forum çərçivəsində çox xoş görüşlərimiz oldu, lakin onlardan biri haqqında ayrıca danışmaq istəyirəm.

Forumun işi günümüzün əsas hissəsini alırdı, lakin çox istəyirdik ki, qədim Bakını gəzək. O zaman azərbaycanlı dostlarım geri qayıtmazdan əvvəl mənim üçün paytaxtda gecə gəzintisi təşkil etdilər. Bələdçim də hörmətli bakılı, həqiqi vətənpərvər Mirteymur Məmmədov idi. Qədim küçələri gəzə-gəzə o, mənə hər bir evin, hər bir abidənin tarixindən, Prezident İlham Əliyevin rəhbərliyi altında nadir binaların qorunmasına və bərpasına özünün və həmfikirlərinin köməyindən danışırdı. Tarixi məhəllələrin arxasından isə yeni, müasir şəhərin işıqları bərq vururdu və dənizin gözəl ətri gəlirdi.

Söhbətimizin sonunda Robert Zapadinski həsrətlə xatırlayaraq deyir: “Təyyarəmiz geri uçarkən sanki Xəzər dənizi və bütün gözəlliyi ilə adamı heyran edən şəhər üzərində bir daha dövrə vurub vidalaşaraq qəlbimizdən keçəni ifadə edirdi. Yeni görüşlərədək, Bakı!”

Müsahibəni AZƏRTAC-ın xüsusi müxbiri

Zeynal Ağazadə apardı

Kişineu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək