“Roche” kompaniyası ABŞ-a 50 milyard dollar sərmayə yatıracaq
Bakı, 22 aprel, AZƏRTAC
İsveçrənin “Roche” əczaçılıq kompaniyası növbəti beş il ərzində ABŞ-dakı biznesinə 50 milyard dollaradək sərmayə yatırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, kompaniyadan verilən məlumata görə, vəsait artıq mövcud olan sahələrə yatırılacaq, lakin yeni istehsal müəssisələrinin inşası da nəzərdə tutulub.
Kompaniyanın rəqibi “Novartis” iki həftə əvvəl ABŞ biznesinə milyardlarla dollar sərmayə qoyduğunu elan edib.
“Roche” kompaniyasının investisiya planlarına əsasən, ABŞ-da 12 mindən çox yeni iş yerinin yaradılması gözlənilir. Əczaçılıq şirkətinin özündə təxminən min nəfər, yeni istehsal güclərini dəstəkləmək üçün isə 11 min nəfər işlə təmin olunacaq. Hazırda kompaniyanın ABŞ-da 25 mindən çox işçisi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]